Orqanizmi qorumaq istiqamətində aparılan araşdırmalara görə, bəzi yeməklər beyin sağlamlığına müsbət təsir göstədiyi halda, bəziləri də mənfi istiqamətə yönəldir. Xüsusilə də fast food yeməklərin beynə böyük nisbətdə zərərləri var.
Zehin Sağlamlığı Fondunun araşdırmasına əsasən, faydalı yağların, vitamin və mineralların əskik alınması ilə fast food tərzi bəslənmə depressiyaya və şizofreniyaya səbəb olur. Araşdırma son zamanlarda xalqın bəslənmə tərzindəki dəyişikliklərin zehin sağlamlığı üzərində mənfi nəticələrə gətirib çıxardığını göstərib. Araşdırmaçıların sözləriə görə, bədəni yaxşı bəsləmək, zehni də yaxşı bəsləmək mənasına gəlir.
Qidalarda istifadə edilən qatqı maddələri və əkinçilik dərmanları, heyvan orqanizmində dəyişikliyə gətirib çıxarır. Bu səbəblə də insanlar, omega 6 adlı yağ asidini, omega 3-dən çox istehlak edər hala gəlir. Bu balanssızlığa vitamin və mineral əksikliyi də əlavə olununca, depressiya və yaddaş problemləri ortaya çıxır.
Beyinə faydalı yeməklər:
Tərəvəzlər (Lifli olanlar)
Toxumlar və fındıq
Meyvə
Buğda, kəpək
Orqanik yumurta
Orqanik olaraq yetişdirilən ya da vəhşi olaraq ovlanan balıqlar (Xüsusilə yağlı olanlar)
Beyinə zərərli yeməklər:
Qızardılmış fast food yeməklər
Rəfinə edilmiş və işlənmiş qidalar
Spirt
Şəkər
Çay və qəhvə
İçkilərə qatılan bəzi əlavə maddələr
Mənbə: ailem.az