Alimlər fikrincə - insan beyin bütün gün ərzindəki düşünmə prosesində yığılıb qalmış toksinlərdən yuxu zamanı təmizlənir.
Amerika alimlər qrupunun gəldiyi nəticəyə görə “beynin zir-zibildən təmizlənməsi” sistemi yuxunun əsas səbəblərindən biridir.
Yuxu beyin hüceyrələrini artırır“Science” («Elm») jurnalında dərc edilmiş məqalədə deyilir ki, yuxu zamanı beyin hüceyrləri yığılır və beləliklə, neyronlar arasında məsamələr yaratmaqla ora mayenin daxil olmasına imkan verir.
Məqalədə həmçinin qeyd olunur ki, bir sıra beyin xəstəliklərinə səbəb bəzi toksinlərin yuyulub təmizlənməyə bilməməsidir.
Onda belə bir sual doğur: Heyvanlar niyə yataraq özlərini yırtıcılar qarşısında müdafiəsiz qoyurlar?
Yuxunun yaddaşı təzələməsi barədə məlumat artıq Rochester Universiteti Tibb Mərkəzinin araşdırmaları nəticəsində bəlli idi.
Araşdırmaçı doktor Maiken Nedergaard deyir ki, beynin enerji ehtiyatı məhduddur və buna görə də o seçim etməlidir: oyaq qalıb agah olmaq və ya yataraq təmizlənmək.
“Bu, evdə verilən qonaqlığa bənzəyir. Ya qonaqlara qulluq etməlisən, ya da evi sahmana salmalısan. Amma hər ikisini eyni zamanda etmək mümkün deyil” – deyir alim.
Elmi nəticələr göstərir ki, beynin öz şəbəkəsindəki boruşuqları təmir edən “çilingər” sistemi var. Elmi dildəqlimopatik adlanan bu sistem beyin tullantılarını xaric etməklə məşğuldur.
Siçanların beyinlərini təsvirləndirmiş alimlər müşahidə ediblər ki, qlimpatik sistem siçanlar yatarkən 10 dəfə daha güclü işləyir.
Beyin hüceyrələri, çox güman ki, qlial adlanan hüceyrələr yuxu zamanı yığılır, bu isə öz növbəsində hüceyrələr arasındakı məsamələri açır. Bunun nəticəsində məsamələrə mayenin daxil olub zəhərləri yuması üçün şərait yaranır.
Doktor Nedergaard deyir ki, bu, yaşamaq üçün həyati funksiyadır, lakin yalnız yuxu vəziyyətində yerinə yetirilə bilər.
Xanım Nedergaard BBC-yə deyib ki, bu, hələlik bir fərziyyədir, lakin, belə görünür, beyin hücəyrələrə su vurulması zamanı çox enerji itirir və bu zaman informasiyanın işlənməsi qeyri-mümkün olur.
Alim əlavə edib ki, bu tapıntıların həqiqi əhəmiyyəti təcrübələr insan üzərində aparıldıqdan sonra bəlli olacaq. O deyir ki, bu təcrübəni Maqnetik Rezonans Təsvirləməsi (MRT) cihazında icra etmək çox sadədir.
Tapıntılar barədə şərh verən müstəqil ekspert, doktor Neil Stanley deyir ki, neyrotoksinlərin necə təmziləndiyini aşkar etmiş bu kəşf son dərəcə əhəmiyyətlidir, çünki yuxunun fizioloji və kimyəvi səbəblərini izah edir.
İngiltərənin Surrey Universitetindən doktor Raphaelle Winsky-Sommerer bildirir ki, burada təəccüblü heç nə yoxdur, çünki yuxu zamanı bütün fizioloji proseslər dəyişir.
Lakin alimin fikrincə, tapıntı hələlik tam mexanizm yox, onun bir hissəsidir.
Alimlər bildirirlər ki, beyin hüceyrələrinin itirilməsində nəticələnən, Alzheimer və ya Parkinson kimi xəstəliklər beyində böyük miqdarda zədəli proteinlərin ilişib qalması ucbatından yaranır.