Ümumdünya Səhiyyə Təşiklatının statistik məlumatına görə hazırda dünyada 1.2 milyard insan siqaret çəkir.
Bəs bu qədər insan siqaretin zərərlərindən xəbərsizdirmi? Əlbəttə ki yox...
- Siqaretin Ən ağır zərəri ağciyərlərə vurduğu zərbədir.Belə ki agciyər xərçəngindən əziyyət çəkənlərin 80 % siqaret istifadəçilərdir. ( Müalicə olunmadıqda ağciyər şişindən ölüm faizi 85 % dir )
- Tütünün tərkibində olan karbonmonooksid,nikotin, qətran, kimi maddələr ağciyər xərçəngi başda olmaqla tənəffüs sistemi xəstəlikləri, xroniki bronxit, emfizema kimi xəstəliklərə qapı açır.Ağciyərlərin təbii müadifə sistemi pozulur, infeksiyalar asanlıqla tənəffüs yoluna daxil olur.
- Siqaretin tərkibindəki karbonmonoksid qandaki oksigeni yox edərərk, damarlardaxolesterolun depolanmasına yoç açır ki, bu da son nəticədə ürək krizi riskini artırır.
- Qida borusu, mədədə xora, bədxassəli şilərin əmələ gəlməsinə səbəb olur.sidik kisəsi şişləri də siqaret çəkənlərdə daha çox görülür.
- Siqaret əl və ayaq damarlarında çeşidli xəstəliklərə səbəb olur.Xüsusilə damarlarda tıxanıqlıq səbəblilə ancaq orqanin kəsilib götürülməsi ilə müalicə olunan Burger xəstəliyi törənir.
- Ağız qoxusu, diş əti xəstəlikləri ,dişlərin tökülməsi, dad hissiyatının zəifləməsi və itməsi görülür.
- Beyin hüceyrələrinin ölümünə, yaddaşın zəifləməsinə, qoxu sissinin azalmasına, yaşlı dövrdə Altsheymer xəstəliyinə gətirib çıxarır.
- Ruhi gərginlik, steres,yuxusuzluq görülür.
- Gözlərdə katarakta və ya korluq əmələ gəlir.
- Xroniki başağrıları olur.
- Kişilərdə iqtidarsızlıq,sonsuzluq ortaya çıxır.
- Hamilə qadınların siqaret istifadə etməsi körpənin çəki azlığı və zəka geriliyi ilə dünyaya gəlməsi ilə nəticələnir.
- Siqaret çəkən qadınları uşaqlıq, yumurtalıq xəstəlikləri, xərçəngi, sonsuzluq, erkən menopauza kimi təhlükələr gözləyir.
- Orqanizmin insulun hazirlama qabiliyyətini azladaraq şəkər xəstəliyinə dəvət çıxarır.
- Dəri strukturunun pozulmasına, erkən qırışmalara səbəb olur.Siqaret çəkən şəxslərin yaraları gec sağalır.Bəzən əməliyyatdan sonra yaraların sağalmadığı da görülür.