Qış meyvələrinin möcüzəvi faydaları

Qış meyvələrinin möcüzəvi faydaları

Qarşıda bizi qış fəsli gözləyir. Qışda xəstəliklərdən qorunmaq üçün qış meyvələrinin xeyirlərini bilməliyik. 

Naringi, portağal, qreyfrut, alma, kivi, armud, banan qışın ən çox yeyilən meyvələridir. Naringi tərkibində olan antioksidanlarla damarları, xüsusən də kapilyarları gücləndirir. Naringi suyu ürəyin zərər görməsinin qarşısını alır və bədəndə olan əzik nahiyələrin sağalmasına kömək edir. Qış mövsümündə ən çox yeyilən bu meyvə tərkibindəki fol turşusu, lifləri sayəsində öskürəyi və xolestrolu azaldır. Bağırsaq parazitlərinin tökülməsi üçün xeyirlidir. Portağal, naringi, qreyfrutun tərkibində bolluca A, C və E vitamini, karbohidrat, kalium, fol turşusu və bioflavin var.

Qış meyvələri içərisində çox sevilən meyvələrdən biri də armuddur. Armud mədəyə xeyirli olub həzmi asanlaşdırır, ürəyin tez-tez döyünməsinin qarşısını alır və tərkibi A, B1, B2, B3, B6, C vitaminləri ilə zəngindir. Qandakı sidik cövhəri turşusu və duzlarının təmizlənməsinə, böyrəklərin normal işləməsinə kömək edir, daş və duz problemlərinin də həllində xeyirlidir. Armudun digər xeyirli cəhəti qəbizliyin qarşısını alıb sidik qovucu olmasıdır. Yüksək təzyiqin aşağı salınıb, qanın təmizlənməsində də armuddan istifadə edə bilərsiniz. 

B1, B2, C, A və E vitaminləri ilə zəngin olan banan eyni zamanda dəmir, kalium, natrium, yod cəhətdən də zəngindir. Sümük möhkəmlənməsinə kömək etdiyi üçün uşaqların çox yeməsi məsləhətlidir.  Əsəblərin sakitləşməsində də faydalı olan bananı həddən çox yesək qəbzilik problemilə qarşılaşa bilərik. Ürək əzələlərinin inkişafına kömək edən banan yodla zəngin olduğu üçün tiroid vəzinin normal fəaliyyətinə də yardım edir.


Digər xeyirli meyvə olan alma baş ağrısına, bağırsaqdakı parazitlərin tökülməsinə, qan şəkərinin nəzarətdə saxlanmasına kömək edir. Alma ilə armudu birlikdə yesəniz, qəbizlik problemindən qurtulmuş olarsınız. Alma kalium, B3, karbohidrat, liflə zəngindir.

Qış meyvələrindən olan kivi soyuqdəymə kimi problemin həllidi və vitaminlə zəngindir. Kivi öz növbəsində xərçəng xəstəliyinin qarşısının alınmasında çox xeyirlidir.

Mənbə: ailem.az 

Top