Həzm prosesi yavaş olduğu üçün bir çox qadınlar artıq çəkilərini atmaqda çətinlik çəkirlər. Mütəxəssislər tərəfindən təsdiqlənmiş, həzm prosesini sürətləndirəcək qidaları sizə təqdim edir.
Acı bibər: Aparılan araşdırmalar nəticəsində acı bibərin tərkibində olan kimyəvi birləşmələrin ürək ritmini və həzmi sürətləndirdiyi ortaya çıxıb. Acı bibər və ədviyyatlı yemək yedikdən sonra 3 saat ərzində həzm prosesi 25 faiz daha sürətli olur.
Balıq: Tərkibində 3 yağ turşusu ehtiva edən balığın həzmi sürətləndirən leptin hormonuna təsir etdiyi bilinib.
Yaşıl çay: Tərkibindəki ECGC birləşməsi sayəsində sinir sistemi və beynin fəaliyyətini sürətləndirir. Bu da həzmin sürətinə təsir edir.
Süd və süd məhsulları: Yağsız süd və süd məhsullarını gündə 3-4 pors qəbul etsəniz, bu, həzmin sürətlənməsinə və çəki atmanıza kömək edəcək.
Protein: Toyuq və hinduşka ətinin tərkibindəki protein həzmi sürətləndirir. Eyni zamanda əzələlərə də faydalıdı.
Mənbə: ailem.az