Böyük övliyalardan olan (8-ci əsr ) Şaqiqi-Bəlxi hər kəsin öz başına çarə axtardığı bir qıtlıq ilində bir varlının köləsinin əl açıb oynamasına şahid olur. Ona yaxınlaşıb soruşur:
-Hər kəs qıtlıqdan, aclıqdan şikayət edərkən sən nəyə güvənirsən?
Kölə cavab verir:
-Hər kəsdən mənə nə? Mənə heç nə olmaz. Ağamın 7-8 kəndi var, hər ehtiyacımız ondan ödənilir.
Bu cavab , elə bil, Şaqiqini qəflətdən oyatdı. Çünki o da qıtlıqdan narahat olmuşdu. Kölənin sözlərindən sonra öz-özünə deyir:" Hey Şaqiqi, özünə gəl! Bu kölə insan olan ağasına bu qədər güvənir, özünü bu qədər rahat hiss edir. Axı sən bütün canlılara ruzi verən Allaha inanır və təvəkkül edirsən. Bu, necə təvəkküldür ki, qıtlıqdan qorxursan?"