Unutqansınızsa

Unutqansınızsa

unutqanlıqMütəxəssislər qidalanmanın birbaşa beyinə təsir etdiyini bildirirlər. Ona görə də unutqanlıq, diqqətsizlik daha çox keyfiyyətsiz qidalanmadan və qidalanma rejiminin pozulmasından irəli gəlir.

Şirniyyat və şirniyyat məmulatları, fəst food, qızardılmış, işlənmiş və ya əvvəldən bişirilmiş, çox duzlu yeməklər, sosiska, kolbasa beyinə mənfi təsir göstərərək, düşünmə qabiliyyətini zəiflədir, alshaymer xəstəliyinə, hətta beyin sinirlərinin, mərkəzi sinir sisteminin zədələnməsinə gətirib çıxarır. Ona görə də beyinin daha yaxşı qidalanmasını təmin etmək üçün qida seçimi əsas şərtdir.

Məsələn, səhər yuxudan oyananda aclıq səbəbindən, belə demək mümkünsə, beyinin enerji anbarı boş olur. Odur ki, “artıq gecdir, günorta yeyərəm” düşüncəsi ilə səhər saatlarını ac yola verməyin. Vaxtında, keyfiyyətli, rejimlə qidalanmaq lazımdır. Çünki aclıq, deyildiyi kimi, yaddaşsızlığa, unutqanlığa və s. mənfi amillərə şərait yaradır. Xüsusilə, səhər yeməyində zülal və karbohidratla zəngin qidalara üstünlük vermək beyinə müsbət təsir göstərir. Bunun üçün buğda və ya çovdar çörəyi, pendir və ya yumurta, süd ən yaxşı zülal və karbohidrat mənbəyidir.

Fındıq, çiyələk, banan kimi qidalarda “xoşbəxtlik hormonu” kimi tanınan seratonin olduğu üçün iclasa, seminarlara və ya imtahana hazırlaşarkən adıçəkilən məhsullardan yararlanmaq məsləhətdir.

C vitamini beyinin daha fəal çalışması üçün vazkeçilməz qida elementidir. Bu səbəblə tünd yaşıl yarpaqlı tərəvəzlərə, portağal, qovun, yaşıl bibər, pomidora üstünlük verilməlidir. Sağlam qidalanma ilə yanaşı, həftədə 3-4 gün fiziki iş də görmək lazımdır ki, beyinə oksigen axını daha da sürətlənsin.
Top