Sağlamlıq və sən

Sağlamlıq və sən

Keçmişin yadigarı olan ayrı-ayrı təcrübi məsələlərin yada salınması, xüsusilə xalq təbabətinin bəzi özünü doğrultmuş üsul və vasitələrdən istifadə edilməsi heçdə müasir elmi uğurları, sürətli elektron maşınlarını, kompyuterləşməni inkar etmək deyildir.

Bəşər övladı hələ lap qədimdən həyatda qarşıladığı müxtəlif nasazlıqlarla mübarizəyə başlamışdır.O yaşamaq naminə bir sıra dərdlərin dərmanını tapmağa nail olmuş tədricən öz təcrübəsini genişləndirərək indiki nəzəri biliklərin özülünü qoymuşdur.

Maraqlı haldır ki, bir müddət tamam yaddan çıxartdığımız xalq təbabəti vasitələrinin indi istifadəsinə zərurət meydana çıxmış və bir çox inkişaf etmiş ölkələrlə yanaşı  Azərbaycanda da onun tətbiqinə başlanməşdır

İnsanların çox qədim dövrlərdən öz sağlamlıqları haqqında düşünmələri bir çox dərdlərin dərmanlarının axtarılması əsatir, dastan və nağıllarda da məlumdur.

Keçmişdə xəstəliyin əsas amili kimi qida maddələrinin çatışmamazlığını göstərirdilər. Buda gözəgörünməz gizli aclığın baş verməsinə səbəb olurdu.Guzli aclıq isə orqanizmin normal fəaliyyətini pozur və onu xəstəliyə düçar edirdi. Gizli aclıq orqanizm üçün zəruri olan hər hansı bir üzvi və ya qeyri-üzvi maddənin çatışmamasıdır.

Keçmiş təbiblərin fikrincə bu və ya digər orqan lazimi qida maddələrini almadıqda normal inkişaf etmir normal fəaliyyət göstərə bilmir get-gedə zəifləyir maddələr mübadiləsi pozulurvə həmin bədən üzvü xəstəliyə düçar olur. Deməli, xəstəliyin qarşısını qabaqcadan almaq üçün bədən onun tələb etdiyi istər bitki istərsədə heyvan mənşəli qidalar almalıdır. Yeksənək qidalanma orqanizmi yorub zəiflədərək bədənin ayrı-ayrı orqanlarında gizli aclığa gətirib çıxardığından xalq təbabəti qidalanmanın gigiyenasına tənzimlənməsinə diqqəti artırır.Qidalanmanın tənzimlənməsi maddələr mübadiləsində tarazlıq yaradaraq orqanizmin ümumi sağlamlığını təmin etdiyinə görə keçmiş kitablarda daha çox nəyi və necə yemək haqqında tövsiyələr verilir.Lakin elə düşünmək olmaz ki, hər hansı orqanın xəstəliyi zamanı tövsiyə edilən qidanın yeyilməsi onu sağaltmalıdır.Orqanın xəstələnməməsi üçün həmin qidadan  müntəzəm sürətdə istifadə edilməlidir.

İnsanların əksəriyyəti ən lazımlı maddələrdən -  vitamin, mineral maddələr və.s məhrum olur.Hətta bədənləri tədricən zərərli maddələrlə zəhərlənir.Həmin proses bu gün də davam edir.Bizim müstəqil respublikamız da planetin bu bəlasından kənarda deyildir.Xaricdən respublikaya gətirilən xüsusi tozlar, tabletlər, konservlər, şirələr, şirniyyat məhsulları belə qidalardandır. Həmin məhsullar xarici və ya avadanlığı xaricdən gətirilmiş bizim zadodlarda o qədər gözəl, cəlbedici rənglər, şəkillər sözlərlə bəzədilir ki, insanlar istər-istəməz təbii məhsullarımıza baxmadan məmnuniyyətlə onları alıb işlədirlər. Belə qidaıanma ola bilsin ki bir gün bir il öz mənfi təsirini üzə çıxarasın, lakin onlar tədricən orqanızmi zəhərləyərək bir müddətdən sonra ya bədəni sağaltmaz bir dərdə düçar edir, ya da sürətlə qocalmaya səbə olur. Onda artıq orqanizmi bəladan qurtarmaq çətin olur.

Doğrudan da indi ölkəmizdə bir çox qida maddələrinin keyfiyyəti dəyişilib.Elə əsas qidamız olan buğda öz keyfiyyətini itirib, çörəklərin də gözəl ətri dadı-tamı yoxa çıxıb.Hazırda xaricdən gələn un, yağ, ətvə ət məhsulları, süd və süd məhsullarının hamısı süni yolla hazırlanmışdır.

Qeyd etmək lazımdır ki,Azərbaycan təbiəti ta qədim zamanlardan şəfalı bitkilərlə, heyvanat aləmi və minerallarla zəngin olmuş və indi də zəngindir.Torpağın münbitliyi iqlim şəraitinin əlverişli olması, su ehtiaytı və lazimi günəz istiliyi həyat üçün zəruri sayılan qədim dövr ünsürünün  varlığı burada yaşayan bitki və heyvanların sağlamlığına uzunömürlü olmasını təmin etmişdir....

Sağlamlığınızı qoruyun.....

Yaxşı sağlamlıq ən böyük var-dövlətdən bahadır

 

Bu mətn internet aləmində ilk dəfə kayzen.az saytında nəşr olunmuşdur

Müəllif-Əhmədova Zeynəb

Top