Enerjili və sağlam olun

Enerjili və sağlam olun

Mütəxəssislərin fikrincə, zehni yorğunluq, yaddaş zəifliyi qidalanma, həyat tərzi və idmandan da çox asılıdır. Yəni ideal çəkidə olmaq, normal həyat sürmək və idmanla məşğul olmaq dediyimiz amillərin aradan qalxmasında və orqanizmin enerjili olmasında mühüm rola malikdir. Bunun üçün aşağıdakı amillərə diqqət yetirmək lazımdır:
Kifayət qədər rejimlə və vitaminli yeməklərlə qidalanın. Çünki gərgin iş saatlarında qida dəyəri aşağı olan xörəklər yemək orqanizmin vitamin və mineral ehtiyaclarının tam ödənməməsinə səbəb olur.
Orqanizmin möhkəmlənməsi üçün ədviyyatlardan daha çox istifadə edin. Hər işinizi planlı şəkildə görün, gününüzü dəyərləndirməyi bacarın. Yeməklərdə üstünlüyü meyvə-tərəvəzə verin. Quru meyvələr daha faydalıdır. Çalışın susuz qalmayın. Bədənin enerjisini yüksək səviyyədə saxlamaq üçün gündə 8-10 stəkan su için. Çünki su çatışmazlığı sağlamlıq üçün təhlükə törədə bilər.

İdmanda rejimə düzgün əməl edin!
İşdən çıxarkən idman salonuna gedirsiniz və günorta yeməyindən sonra dilinizə heç nə dəyməyib. Bu zaman idman proqramınızı yarıda kəsmək məcburiyyətində qalsanız, narahat olmayın. 2 yemək qaşığı fındıq, badam və 1 ədəd alma yemək kifayətdir. İdmana, qidalanma rejiminə, yuxu saatlarına düzgün əməl etsəniz, həmişə enerjili olacaqsınız.

Top