Ayaqqabı alarkən diqqətli olun

Ayaqqabı alarkən diqqətli olun

ayaqqabılarBaxırsan ki, ucuz ayaqqabıdır, görünüşü də gözəl. Ancaq bu gözəl ayaqqabının tərkibində orqanizm üçün hansı təhlükə mənbələrinin “yatdığından“ xəbərimiz yoxdur. Əslinə qalsa keyfiyyətsiz ayaqqabı baha da olur, ucuz da.
Yəni demək olmaz ki, bahalı ayaqqabıların hamısı keyfiyyətli olur. Bahalı mal da zay, keyfiyyətsiz çıxır. Ancaq bir həqiqət var: “Ucuz ətin şorbası olmaz“. Bəzən qiymətinə, zahiri görünüşünə aldanıb aldığımız sintetik ayaqqabılar, necə deyərlər, canımıza cəllad kəsilir. Belə ayaqqabılarda xərçəng xəstəliyi ehtimalı olduğu da aşkar edilmişdir.
Araşdırma apararkən məlum olmuşdur ki, bu növ ayaqqabıların istehsalında plastik materiallardan, həmçinin orqanizm üçün həyati təhlükə daşıyan, zahirən dəriyə oxşayan sintetik materiallardan istifadə olunur. Bu növ ayaqqabılar ağciyər, qaraciyər və böyrəklərdə xərçəng xəstəliyinin meydana çıxmasına səbəb olur. Hava buraxmayan, ayağı tərlədən, göbələk xəstəliyi əmələ gətirən ayaqqabılar sağlamlığa böyük zərbə vurur. Ona görə də ayaqqabı alanda diqqətli olmaq, sintetik materiallardan qaçmaq, təbii dəridən tikilmiş ayaqqabılara üstünlük vermək lazımdır. 

Top