Pəhrizsiz arıqlamağın yolları

Pəhrizsiz arıqlamağın yolları

Bəzi insanlar üçün pəhriz saxlamaq çətin olur. Amma artıq bunun da çarəsi var. Buyurun pəhrizsiz arıqlamanın yolları ilə tanış olun.
— Əvvəlcədən özünüzə çox sevdiyiniz, amma sizə balaca olan bir paltar alın. Bu arıqlama istəyinizi artıracaq.
— Alış-verişə balaca çantalarla gedin. Əsasən təbii qidalar almağa çalışın.
— Aşağı kalorili qidalara üstünlük verin.
— Əti, yağı, pendiri tərəvəzlərlə əvəz edin.
— Mağazaya heç vaxt ac halda getməyin.
— Qəbul etdiyiniz qidaların yağ miqdarını azaldın. Salatlara və yeməklərə yağlı sous, ketçup, mayonez əlavə etmək yerinə quru meyvə, limon şirəsi əlavə edin.
— Az-az, amma tez-tez yeyin.
— Şirniyyatları quru meyvələrlə əvəz edin.
- Mətbəxdə uzun müddət qalmayın.
— Ac qalaraq bir dəfəyə çox yeməkdən çəkinin.
— Yemək zamanı bol-bol göyərti, salatlardan istifadə edin.
— Qaranlıqda, televizorun qarşısında yemək yeməyin.
— “Fast-food ”dan istifadəni azaldın. Istifadə etdiyinizdə isə mütləq göyərti, canlı qidalar əlavə edin.
— Süfrədən doymadan qalxın.
— Aclıq hiss etdiyinizdə musiqiyə qulaq asın. Alimlər sübüt ediblər ki, sevdiyin bir musiqyə qulaq asmaq aclıq hissini azaldır.
— Yeməkdən əvvəl 1 stəkan su için. Bu aclıq hissini azaldacaq.
— Yeməkdən sonra mütləq idman edərək enerjini yandırın. Pilləkənləri düşüb-çıxın, yaxud da rəflərinizdəki paltarlarınız töküb-yığın.
— Yemək zamanı çoxlu bibər yeyin. Bibar bədəndəki yağları əridir.
— Yemək, şirniyyat götürərkən kiçik həcmli qablardan istifadə edin.
Top