Ən çox keyfiyyətli bal çiçək balıdır.
Ən çox olan bal növü şam balı, şabalıd çiçəyi balı. Bal içində bakteriya saxlamaz, eyni zamanda bakteriya öldürücü təsiri vardır. Sümük və diş inkişafı üçün bal faydalıdır. İçərisində inkişafa qatqı təmin edən A, B, C vitaminləri və əhəmiyyətli minerallar var.Bal mədəyə qüvvət verər. Həzmi lazım olmadığı üçün qana asanca keçər.
Bal, bel və kürək ağrılarında ağrıyan yerə sürtülür, ağrını azaldır.
İştah açandır.
Dişləri və diş ətlərini mikroblardan qoruyar, ağızdakı yaraları müalicə edər.
Bəlğəm gətiricidir.
Qan dövranını nizamlayır, qanı təmizləyir.
Balın sakitləşdirici təsiri vardır.
Bal maskası
Bal üzə və boyuna sürtülüb 20-25 dəqiqə gözlənilir. Üz ilıq suyla yuyulur. Bal üzə parlaqlıq və hamarlaşmasını təmin edir.
Möhkəmləşdirici üz maskası:
1 qaşıq bal
1 yumurtanın ağı
1 qaşıq qliserin
1/4 fincan un
Hazırlanması: Bu qarışıqları qarışdırın, xəmir olana kimi un qatın və xəmirlə üzünüzə və boyununuza çəkin. 10 dəqiqədən sonra yuyun.
SAÇ ÜÇÜN BAL
1/2 fincan bal
1/4 fincan zeytun yağı
Hazırlanması: Bal və zeytun yağını qarışdırın. Bütün saça sürtün. 30 dəqiqə gözləyin. Sonra ilıq su ilə yuyun.
BAL İLƏ ÜZ TONLAŞDIRICI
1 orta boy xiyar (soyulub doğranmış)
2 qaşıq bal
Hazırlanması: Xiyarı mikserdə püre halına gətirin. Xiyarın suyu yaxşıca süzüldüyündə kiçik bir qaba töküb içinə balı əlavə edin. Yaxşıca qarışdırın. Pambıqla bu qarışığı üzünüzə səhər, axşam, günorta çəkin. 3-4 dəqiqə quruması üçün gözləyin. Bu qarışığı ağızı bağlı halda 1 həftə saxlaya bilərsiniz.
ƏLLƏRİNİZ ÜÇÜN
Əlləriniz davamlı quruyursa, iki çay qaşığı bal və yarım limon suyunu qarışdıraraq əllərinizə çəkin.