Sağlam geyinin

Sağlam geyinin

Hər fəslin, belə demək olarsa, öz geyimi var. Paltar seçərkən çalışmaq lazımdır kı, həm fəslə uyğun olsun,həm də insan sağlamlığına ziyan vurmasın. Yəni paltarın hansı materialdan tikilməsinə, rənginə, biçiminə diqqət yetirmək çox önəmlidir. Çünki  allergiyaya səbəb olan, təri çəkməyən sintetik parça və geyimlər müxtəlif cür xəstəliklərə səbəb olur. Buna görə də paltar seçimində təbii materiallara daha çox üstünlük vermək lazımdır.

Sintetik tərkibli geyimlər tərləmənin qarşısını aldığı üçün bədən temperaturunun yüksəlməsinə səbəb olur. Ona görə də bu tip geyimlərdən yalnız soyuq havalarda və qış fəslində istifadə etmək məqsədəuyğundur. Belə geyimlərdən düzgün istifadə etməyəndə sızanaq, göbələk və digər yoluxucu xəstəliklər meydana gəlir. Təbii materiallardan hazırlanmış paltarlar isə bədənin nəfəs almasını təmin edir, xəstəlik törətmir, dərini aşındırmır.

Tamamilə sintetik məhsullardan ibarət olan paltarlardan uzaq durun.
 

Neylon, süni kauçuk tərkibi daha çox olan geyim əşyalarını qarderobunuzdan çıxarın. Çox tünd rəngli paltarlar da sağlamlıq baxımından o qədər də xeyirli deyil. Açıq rəngli, incə toxunuşlu, pambıq, yun, kətan və sintetik tərkibi az olan parçalar daha əlverişlidir.

Uşaqların immunitet sistemi çox inkişaf etmədiyindən məsləhətdir ki, onlar üçün paltar seçərkən açıq rəngə üstünlük verəsiniz. 

stilim.az qadin cantalari 

Top