Hər kəs səhərlər gümrah və dincəlmiş vəziyyətdə yuxudan oyanmaq istəyir. Bunun üçün:
Hər gün eyni saatda yuxudan oyanın.
Həftəsonunun yuxu cazibəsinə qapılmamaq çox çətindir. Amma bir təhər iradənizi toplayıb həftə içi oyandığınız saatda oyanmağa diqqət göstərsəniz, bədəninizin buna alışmasına köməkçi olarsınız. Buna alışan bədən də hər gün eyni gümrahlıqda, yorğun olmadan oyanmağa meylli olacaq.
Zəngli saatı təxirə salmaqdan imtina edin.
Bunu etməyən var məgər? Səhər zəngli saat çalanda, 5 dəqiqə, sonra daha bir 5 dəqiqə arxaya qururuq, o qısa yuxudan möhtəşəm bir kef almağa çalışırıq. Halbuki aparılan bir çox araşdırmaya görə, bu təxirə salmalar əsnasındakı qısa yuxular dərin olmadıqları üçün bizi yorğun etməkdən başqa bir işə yaramırlar. Bu səbəbdən də zəng çalınan kimi dərhal qərarlı olmaq və oyanmaq gərəkdir.
Qalxan kimi bir stəkan su.
Yuxu əsnasında bədənimiz su itirir və bu vəziyyət bizi həddindən artıq halsız edir. Əgər səhər oyanan kimi bir stəkan su içsəniz, bunun bədəninizə verəcəyi enerjini və ruhunuza verəcəyi sevinci dərhal hiss edəcəksiniz. Səhərlər su içmək eyni zamanda maddələr mübadiləsinin də sürətlənməsini təmin edəcək.
Günəş sizi oyandırsın.
Yuxu problemi olanlara daha çox təklif edilən məsləhətlərdən biri də yataq otağının qaranlıq olmasıdır. Qaranlıq otaqda yatmaq daha da asan olacaq, lakin səhərlər oyanmaq da bir o qədər çətinləşəcək. Əgər səhərlər enerjili bir şəkildə oyanmaq istəyirsinizsə, gecə yatmadan öncə otağın pərdələrini aralayın ki, sizi günəşin şüaları oyandırsın.
Zəngli saatı qurun, musiqi çalsın.
Zəngli saatın narahat edici bir tonla səslənməsindənsə, günə musiqi ilə başlamaq daha çox əyləncəli olacaq. Eyni zamanda saatın narahat edici səsi ilə oyanmaq, günə ürək döyüntüsü ilə başlamağa da səbəb olurmuş. Bu səbəbdən günə enerjili bir Madonna və ya Beyons musiqisi ilə başlamaq həvəsləndirəcək.
Səhər-səhər hərəkət edin.
Səhər oyananda hərəkətsiz şəkildə ağır bir günə başlamaq əvəzinə, bir neçə məşq hərəkətləri edərək günə çox dinc bir şəkildə başlaya bilərsiniz. Daha çox idman etməyə vaxtınız olmasa da, işə gedərkən kütləvi nəqliyyat vasitələrindən istifadə etməkdənsə, piyada gəzin, lift yerinə nərdivanı seçərək hərəkət edə bilərsiniz.
Zülal tərkibli nahar edin.
Karbonhidratla zəngin olan nahar edəndə, özünüzü daha tənbəl hiss edəcəksiniz. Ağır karbonhidrat yerinə zülalla zəngin bir qəlyanaltı seçin. Bunun üçün səhər menyunuza qatıq, yumurta, süd və yüksək zülal məmulatlar əlavə edin. Bu şəkildə enerjinizi günortaya qədər qoruyaraq, tox qala biləcəksiniz.