Bir gün Məcnun səhradan keçir.Bu zaman Qoca Dərviş səhrada namaza dururmuş.Məcnun hər şeydən xəbərsiz, sakitcə ordan keçirdi.Bu zaman Məcnunun onun yanından keçdiyini görən Dərviş ayağa durur və Məcnuna deyir:
Qoca Dərviş: - Ay kafir, görmürsən namaza dururam, niyə mane olursan?
Məcnun: - Mən Leylinin eşqi ilə səni görməyə-görməyə, sən Allahın eşqi ilə məni necə gördün?