1 kiçik boşqab yoğurt sizi yüksək təzyiqdən xilas edə bilər.Bu nəticəyə gələn ABŞ mütəxəssisləri iddia edirlər ki,gündəlik qidalarında yoğurt tez-tez istifadə edən insanlar daha az ehtimalla yüksək təzyiqdən əziyyət çəkirlər. Bu qərar könüllülər üzərində aparılan 15 illik tədqiqatdan doğur.Onların hər biri həftədə ən azı 3 dəfə yoğurt qəbul etmişlər.Alimlərin hesablamalarına görə gündəlik kalorinin 2% yoğurtdan qəbul olunarsa yüksək təzyiq riski 31% aşağı enmiş olar.Aşağıkalorili yoğurtun 3 gündən bir qəbulu sizi əminliklə hipertoniyadan sığortalamış olacaqdır.Buna səbəb onların tərkib hissəsinə daxil olan və qan təzyiqini aşağı salan “dostsevər bakteriyalar” hesab olunur.