Valideynlər üzərində aparılan ən son araşdırmaya görə ata və anaların uşaqları ilə keçirdikləri vaxtlarda daha sağlam olduqları, bu insanların cəmiyyətdə uşaq sahibi olmayan insanlardan fərqli olaraq daha çox yaşadıqları üzə çıxıb. Bundan əlavə infeksiyalara qarşı da uşağı olan valideynlərin daha dözümlü olduğu müşahidə olundu. Belə ki, 800 insan üstündə aparılan təqiqatda, bütün iştirakçılara “qrip” virusu vurduqlarını, nəticədə uşağı olan 450 nəfərin xəstələnmədiyini, 350-nin isə şiddətli şəkildə xəstələndiyi üzə çıxdı. Həmin 350 nəfərin isə uşaq sahibi olmadığı üzə çıxdı.2009-cu ildə edilən başqa bir araşdrmada, uşaqları ilə birgə yaşayan anaların, qan təziqləri yaşı neçə olursa- olsun çox ciddi xəstəliyi yoxdursa, normal olduğu üzə çıxdı.
Uşaq ömürü də uzadır
Norveçdə edilən bir araşdırma bunu deməyə əsas verir. Uşaq sahibi olan insanların, olmayanlardan çox yaşadığı aparılan təqiqatlarda ortalığa çıxdı.
1935 və 1968-ci illər arasında dünyaya gələn Norveçlilərin, uşaq sahibi olmayan vətəndaşlarının orta yaş həddi, 45 yaş olduğu üzə çıxdı. Lakin uşağı olan Norveçlilərin orta yaş həddi 68 yaş olduğu üzə çıxdı. Bu hal iki uşağı olan insanlara aiddir.
Bundan başqa dünyada uşaq sahibi olan kişilərin uşağı olmayanlardan 35% daha çox yaşadığı, qadınların isə 50% daha çox yaşadığı üzə çıxdı. Lakin bu iki və daha çox uşaq sahibi olanlara şamil edilir. Bir uşağı olanlarda isə bu faizlər bir az aşağı düşür.