Ömrün 6 ili

Ömrün 6 ili

İnsan daim əndişə və narahatlıq hiss edirsə, o, daha tez qocalır.
“PLUS ONE” bildirir ki, geniş yayılmış psixoloji fəsad olan fobik əndişə pozuntusu insan orqanizmində hüceyrə səviyyəsində problemlər yaradır və bu səbəbdən də insan vaxtından əvvəl qocalır.

Məsələn, yüksəklikdən və qapalı məkanlardan qorxan yaşlı qadınların orqanizmində bioloji, yaxud hüceyrə qocalmasının göstəricisi olan, müdafiə genetik materialı funksiyalarını yerinə yetirən xromosom sonluqları qısa olur. Qısa sonluqlar isə xərçəng, ürək xəstəlikləri, demensiya xəstəliklərinə rəvac verir, ölüm riskni artırır.

Cenevrədəki Briqam hospitalının mütəxəssisləri 42-69 yaşlı 5 mindən artıq qadından qan nümunələri götürərək bu əlaqəni aşkarlamağa çalışıblar. Eksperimentə cəlb olunmuş könüllülər fobiyalarla bağlı suallaı da cavablayıblar. Məlum olub ki, fobiyalı və fobiyasız qadınların orqanizmlərində xromosom sonluqları arasındakı fərq 6 il təşkil edir.
“Deməli, stress gerçəkdən də qocalma prosesini sürətləndirir”, – araşdırmanın rəhbəri professor Oliviya Okereke deyib.

 

Top