Danimarka və ABŞ tibb mütəxəssisləri hesab edir ki,əzələnin güc tətbiqi altında məşq etdirilməsi 2-ci tip şəkərli diabet riskini 3 dəfəyə qədər aşağı salır.Güc tətbiqinin aerobika ilə birgə tətbiqi xəstələnmə ehtimalını 60%-ə qədər azaldır.Mütəxəssislər 18 il ərzində 32 min nəfəri müşahidə altında saxlamışlar. Həftə ərzində 1 saat məşq edənlər 12%,1-2 saat ərzində məşq edənlər 25%,2,5 saat və daha çox məşq edənlər isə 33-60 %-ə qədər riskdən uzaqlaşmış olurlar.Ancaq aerobika ilə məşğul olanlarda,məsələn sadəcə qaçanlarda isə faiz göstəriciləri uyğun olaraq 7%,31% və 52% təşkil edir.Onların birgə həftə içi min 2,5 saat tətbiqi isə riski 60% aşağı salmış olur.Tədqiqatçıların gəldiyi qənaət budur ki,azca da olsa güc tətbiqi diabet riskini azaltmış olur,tamailə aktiv həyat tərzi isə onu minimuma endirir.