Melanoma—bazal və ya squamoz hüceyrəli karsinomadan daha az rast gəlinir,ancaq daha ölümcüldür.Dəri melanomasının erkən əlamətləri haqqında ictimai maariflənmənin nəticəsi olaraq bu gün melanomaların əksəriyyətində cərrahi müdaxilə ilə tam sağalma əldə edilmişdir.Bununla yanaşı son 10-20 il ərzində bu şişin rast gəlinmə tezliyi hesablanmış və bu artımı günəş şüalarına məruz qalma müddətindəki artım ilə əlaqələndirirlər.
PATOGENEZ:
Dərinin digər bədxassəli şişləri kimi melanomanın da etiologiyasında günəş şüalarının böyük rolu vardır.Rast gəlmə tezliyi günəş şüasına məruz qalan dəri sahələrində,günəşli günlərin sayının çox olduğu və günəşdən qoruyucu melanin təbəqəsinin az olduğu açıq tenli dərili insanların yaşadığı Yeni Zelandiya və Avstraliyada daha yüksəkdir.Bununla yanaşı günəş şüası yeganə predispozan faktor deyil,öncədən nevusun varlığı,ailəvi meyilliyin olması da qəbul olunmuşdur.
Melanomanın mürəkkəb histologiyasının daha yaxşı başa düşmək üçün çox önəmli bilgi—radial və vertikal böyümə fazalarıdır.Bəsit şəkildə desək,radial böyümə fazası—melanomanın epidermis daxilində(in situ) və ya səthi dermisdə böyüməsidir.Bu fazada metastaz və angiogenez olmur.Zaman keçdikcə tümör vertikal böyümə fazasına keçir,dermisin dərinliklərinə doğru böyüyür,eksponsiv bir kütlə meydana çıxır.Bu fazanın klinik görünüşü nisbətən yastı olan radial faza törəməsinin üzərində nodulun əmələ gəlməsidir və metastaz vermə potensialı olan hüceyrə klonunun əmələ gəlməsi ilə düz mütanəsibdir.Belə bir şişin metastaz vermə potensialı nodul qalınlığının səthdəki epidermisin granulyar təbəqəsindən dermal invaziyanın ən dərin nöqtəsinə qədər millimetrlə ölçülməsi (Breslow qalınlığı) ilə əlaqədardır,bundan başqa limfatik tutulum,mitoz sayı,xoralaşma da bura aiddir.Metastazlar sadəcə regional limfa düyünləri ilə bitməyib,qaraciyər,ağciyər,beyin və hematogen yolla şiş hüceyrələrinin yayıla biləcəyi bütün lokalizasiyalarda ola bilər.Melanomaların əksəriyyəti sporadik,bir qismi isə ailəvidir.Genetik analizlər patogenezdə gen mutasiyaları:(5-10%)9p21 də CDKN2A geni mutasiyası 40%,BRAF,RAS geni mutasiyasının olduğunu sübut edir.
KLİNİKASI:Dəri ilə yanaşı oral və anogenital mukoza,qida borusu,meninkslər,gözdə rast gəlinə bilər.Adətən asimptomatik olur,bəzən isə qaşınma ilk simptom ola bilər.ƏN ÖNƏMLİ əlaməti---piqmentli bir törəmənin rəng və ölçü dəyişgənliyinin olmasıdır.Sərhədləri q/düzgün,girintili-çıxıntılı,qarışıq rəngli olur.ƏSAS xəbərdarlıq “siqnalları”:mövcud olan nevusda böyümə,mövcud nevusda qaşınma və ağrı hissi,yetkin insanda yeni bir törəmənin meydana çıxması,q/müəyyən sərhədli və rəng düzənsizliyidir.
Melanomanın bu prinsipləri başqa cür ABCDE olaraq ifadə olunur:Asimmetriya
Border(sərhəd)
Color(rəng)
Diameter
Evolution(inkişaf)
Aşağıdakı şəkilde:
A.Səthi yayılmış melanoma,radial böyümə fazasında
B.Səthi yayılmış melanoma,vertikal böyümə fazasında