Yuxusuzluq - yuxunun qeyri-üzvi mənşəli pozğunluğu olub, bir çox xəstəliklərdən əziyyət çəkən pasiyentlərin tez-tez üzləşdiyi şikayətləridir. Yaş artdıqca bu şikayətlərin dərəcəsi də artır və daha çox ailə vəziyyətində problemlər olan qadınlar arasında müşahidə olunur. Bəzi hallarda isə yuxu pozğunluğu bir sıra psixi və ya somatik xəstəliklərin simptomlarından biri olur. Tam yuxusuzluq olmur, yuxunun müxtəlif şəkildə pozulması olur. Ona görə də yuxu pozğunluğunun müalicəsində dərman preparatları kifayət etmir, psixoterapevtik kömək də lazım gəlir. Yuxu pozğunluğu zamanı yuxunun tam olmaması baş vermir, yalnız keyfiyyətsiz yuxu olur.
Neçə saat yatmaq lazımdır? Keçici yuxusuzluq bir neçə gecə davam edir. Çox zaman qorxu, tələbələrdə isə imtahan qabağı həyəcan, saat qurşağının dəyişməsi, vərdiş edilməyən şəraitdə yatdıqda baş verir. Yuxusuzluğun bu səbəblərdən pozulması müalicə tələb etmir. Mütəxəssislər hesab edirlər ki, həmçinin apnoe, xorultu, ətrafların qıc olması, somnabulizm (lunatizm), «qorxulu yuxular» da yuxusuzluğa gətirib çıxara bilər. Ayaqlarda narahatlıq sindromu adətən baldır əzələlərində ağrılarda müşayiət olunur. Bu əlamətlərlə hərəkətsiz uzanmaq çətindir. Əsasən orqanizmdə şəkərli diabet, dəmir defisitli anemiyanın və maddələr mübadiləsinin pozulmasının səbəbləri kimi baş qaldıra bilər. Ətraflarda qıcolmanı aradan qaldırmaq üçün kofe qəbulunu azaltmaq və ya ondan tamamilə imtina etmək gərəkdir. Qorxulu yuxular adətən uşaqlarda hər hansı bir qorxulu hadisənin təzahürü kimi yarana bilər. Bu halda uşağa psixoloji köməkdən başqa xüsusi müalicə tələb olunmur. Somnabulizm (lunatizm) uşaqlarda daha çox müşahidə olnur. Səhər yuxudan ayılanda onlar gecə baş verənləri xatırlamırlar. Çox zaman bu hal epilepsiya xəstəliyinin ilk əlamətləri kimi də təzahür edə bilər. Odur ki, həkimə müraciət etmək vacibdir. Bir çox insanlar yuxusuzluğa qarşı müxtəlif preparatlar qəbul etməyə üstünlük verirlər. Lakin bu da əksər hallarda dərman asılılığına gətirib çıxarır. Bundan əlavə, qəbul edilən sintetik preparatlar yuxunun normal mexanizmlərini pozur və digər əlavə təsirlər göstərir. Yatmazdan əvvəl isti şirin su və ya süd içmək (çay yox!), yaxud pişikotu kökündən hazırlanmış dəmləmə (1 stəkan suya 1 stəkan pişikotu kökü əlavə edib 20 dəqiqə saxlamaq və içmək) məsləhət görülür. Hazırladı: S.Aytən
Orta hesabla insana 7-8 saat yuxu bəs edir. Lakin hər kəsin yuxuya tələbatı fərdidir. Doğrudur, tələb olunandan daha çox yatdıqda da yuxu pozğunluğu baş verir. Sağlam insanın orqanizmi özü yuxunun ona nə qədər kifayət etdiyini müəyyən edir. Eləcə də yuxusuzluğun müxtəlif səbəblərdən baş verdiyini də nəzərə almaq lazımdır.
Qısa müddətli yuxusuzluq bir neçə həftə davam edir və adətən insanlarda xoşagəlməyən hadisələrlə bağlı olur (yaxın insanın itkisi, boşanma, iş yerinin itirilməsi və s.). Əgər vaxtında psixoloji kömək göstərilməzsə, bu, xroniki formaya keçə bilər. Adətən 3 aydan artıq davam edir. Əgər bütün problemlər həll olunarsa, lakin yuxusuzluq aradan qalxmazsa, bu zaman artıq psixoloji yuxusuzluq hesab olnar.
Apnoe tənəffüsün yuxuda qısamüddətli dayanmasıdır. Adətən qırtlaq əzələləri boşalır, nəticədə hava ağciyərlərə dolmur. Bu zaman insan qəflətən oyanır. Uşaqlarda apnoe damaq badamcıqlarının iltihabı ilə əlaqədar da baş verə bilər.
Yuxusuzluğun səbəblərindən biri də xorultu sayıla bilər. Bundan daha çox kişilər əziyyət çəkirlər. İnsan kürəyi üstə uzandıqda daha çox xorultu yaranır. Lakin elə insanlar var ki, onlar istənilən vəziyyətdə yatarkən xorultu onları müşayiət edir.
Yuxusuzluğa şərait yaradan ətraf əzələlərinin qıcolması adətən həddindən artıq yorulmanın əlamətləri ola bilər. Hər iki cinsdə müşahidə olunur.Fitoterapevtlər yuxusuzluq zamanı aşağıdakıları məsləhət görürlər
Qorxulu yuxulardan yaxa qurtarmaq üçün 1 stəkan razyana və ya maya otu dəmləməsi qəbul etmək məsləhət görülür.
Yatmazdan əvvəl gicgah nahiyələrinə lavanda yağı sürtmək və ya 1 parça qənd üzərinə 3-5 damcı yağ əlavə etmək, yuxudan əvvəl sormaq məsləhət görülür.
Yuxusuz gecələrdən yaxa qurtarmaq istəyirsinizsə, aşağıdakı qaydalara riayət edin:
Heç zaman yatağa erkən uzanmayın.
Hər gün eyni vaxtda yatağa uzanmayın.
Hər gün eyni vaxtda yataqdan qalxın.
Çalışın ki, yataqda uzanarkən heç nə etməyəsiniz.
Əgər yuxuya gedə bilmirsinizsə, yataqda uzanmayın.
Yataq otağından saatı götürün.
Gündüz yuxusundan imtina edin.
Əgər yatmaq fikriniz yoxdursa, yuxuya gedə bilmirsinizsə, yatağa uzanmayın.
Mənbə: İqtisadiyyat qəzeti