Kompyüterin dəriyə zərərinin qarşısını necə almalı???

Kompyüterin dəriyə zərərinin qarşısını necə almalı???


Dəridə vaxtından əvvəl yaranmağa başlayan qırışlar, solğunluq «kompyuter hücumu»nun ilk göstəricilərindəndir.

Mütəxəssislər bundan qorunmağın bir neçə yolunun olduğunu bildirir....
 İlk növbədə kompyuter qarşısında keçirilən hər 1 saatdan sonra 5 dəqiqəlik fasilə vacibdir. Bu 5 dəqiqəni açıq pəncərə önündə keçirmək, 7-8 dəfə dərindən nəfəs almaq, bir neçə qurtum limon əlavə olunmuş su içmək məsləhətdir.

Kompyuter qarşısında keçirilən hər 2 saatdan bir üzə su vurmaq qırışların yaranmasını önləyir. İş otağında havanın quru olmaması da vacib şərtlərdəndir.

Kompyuterdən çox istifadə edən insanların nəmləndirici kremlərdən istfiadə etməsi, makiyajlı xanımların isə makiyajın altından qoruyucu krem çəkməsi məsləhət görülür.

Top