Qohum-əqrrəbası isə səkkiz saat yatırlar. Məhz DE2-nin yuxunun qısa olmasında səbəbkardır elmi fikrini dəqiqləşdirmək üçün eksperiment aparılmış, bu fikir təsdiqini tapmışdır. Alimlər bu qənaətə gəlmişlər ki, DES2 –nin köməyi ilə insanları müxtəlif saatlarda (4-6) yatmağa məcbur edə biləcəklər. Amma bu tezliklə insanlar belə bir təcryübəyə icazə verəcəklərmi , məlum deyil.
Sağlam bir yuxu üçün diqqət yetirilməsi lazım olan prinsipləri bilmək hər kəs üçün vacibdir. Mütəxəssislər onları aşağıdakı kimi sıralayırlar.
Hər səhər eyni saatda oyanaraq bioloji saatınızı şərtləndirin.
Yataqda oxumayın, çatlaşmayın, mesajlaşmayın, televizora baxmayın, telefonla danışmayın, tez-tələsik yeməyin.
Günortadan sonra və axşamlar kofeinli, sodalı içkilər içməyin.
Yatağa ac getməyin, amma axşam yeməklərini də yüngül yeyin, gecə çox su içməyin.
Məşqlərinizi yatmazdan ən azı 4 saat əvvəl edin.
Yataq otağı səssiz, qaranlıq, təxminən 23-24 dərəcə istilikdə olmalıdır.
Yatmazdan əvvəl sıx video oyunları, qorxulu filmləri seyr etməkdən qaçının.
Dərdləri, problemləri, narahatlıqları yatağa daşımayın, müsbət düşünün.
20 dəqiqə ərzində yata bilməsəniz, qalxıb başqa bir otağa gedin, darıxdırıcı şeylər oxuyun, yuxunuz gəldikdə yatağa dönün.
Yuxu problemləri bir-iki həftəni keçsə, həkim və ya bir yuxu mütəxəssisi ilə məsləhətləşin.
Yay fəsli gələndə hamımız daha çox yatmaq istəyirik. Bu, yazda insan orqanizmində yaranan avitaminozla bağlıdır
Halsızlıq, yuxudan doymamaq, yorğunluq halları ən çox yaz-yay fəslində özünü göstərir. İnsana ən çox təsir edən hal isə yuxusuzluqdur. Yatmaq insanı sakitləşdirməklə yanaşı, immun sistemini də gücləndirir. Bəs yuxusuzluq yarandıqda nə baş verir? Alimlər yuxusuzluqla artıq yatmağın insana eyni dərəcədə zərər verdiyini müəyyənləşdirib. İnsan yuxusuzluqdan əziyyət çəkirsə, yaxud lazım olandan artıq yatırsa, onun xarici görünüşünün korlanması ilə yanaşı, beyni də qocalır. Mütəmadi olaraq yuxu pozğunluğundan əziyyət çəkən insanların beyni düz 7 il tez qocalır. Həkim-kardioloq Turxan Yusifov bildirir ki, yuxu insanın mərkəzi sinir sistemini sakitləşdimək və beyinin qidalanması üçün yeganə zamandır. Onun sözlərinə görə, sutkanın həmin zamanında beyinlə yanaşı, insanın bütün orqanları dincəlir. İnsan ac 40 gün qala bildiyi halda, yuxusuz cəmi 7 gün yaşaya bilər. T.Yusifov qeyd edir ki, yuxu zamanı maddələr mübadiləsi nisbətən aşağı düşür: “Ona görə də, gecə saat 3-4 radələrində insanda üşümə baş verir. Yuxu mərkəzi sinir sisteminin sakitlik halı deməkdir. Yuxusuzluq olarsa, insanda müəyyən patoloji və nevroz halları baş verə bilər”. Yuxunun insan ömrünə təsirinə toxunan T.Yusifov, hesab edir ki, insan yatarkən və oyaq olarkən onun ömrü gedir. Ancaq dolayısı ilə yuxu anında maddələr mübadiləsi aşağı düşdüyünə görə, normal yatan insanlarda ömür uzun olur.
Həkim-psixoterapevt Fəxriyyə Məmmədova da bildirib ki, insan yuxusuz olduqda, onun psixi durumnda neqativ hallar baş verir. Bu zaman beynin fəaliyyəti zəifləyir, yaddaş, diqqət, işin keyfiyyəti azalır, bu da insanlarla münasibətdə böyük problemlər yaradır. Belə insanların ailəsində, yoldaşlığında problemlər olur. Kişilərdə yuxusuzluq uzun müddət davam edirsə və qeyri-normal yuxu ritmi olursa, onlarda potensiya aşağı düşür. “İnsan orqanizmi elə qurulub ki, insan gündüz işləməli, gecə yatmalıdır. Buna tibbdə bioloji ritm deyirlər. Bu bioloji ritm pozulanda insan istər-istəməz, öz bədəninə müdaxilə edir. Elə adamlar var ki, yuxusuzluğu götürə bilmirlər. Yəni bu zaman əsəb xəstəliyi, depressiyalar, mədə-bağırsaq xəstəlikləri əmələ gələ bilər. Amma bu, o demək deyil ki, gecə işlərində işləyənlər xəstələnir” - F.Məmmədova əlavə etdi. Psixoterapevtin fikrincə, əgər insan gecə işi zamanı özünü pis hiss edirsə, mütləq adi iş rejiminə qayıtmalıdır.