Mövzu bəzi qadılar üçün olduqca aktualdır. Çox təəssüflər olsun ki, hamilə qadınlar hamiləlik düvründə pis vərdişləri arasında siqaret çəkmək ən çox rast olunan haldır. Həkimlərin hədsiz iradlarına baxmayaraq onlar yenə də bu pis vərdişlərindən əl çəkə bilmirlər. Həyat üçün
siqaretin zərərlərinin nə qədər olduğunu bildirən təşviqatların artmasına baxmayaraq günümüzdə siqaret çəkən qadınların sayı sürətlə artmaqdadır. Əsas da gənc xanımlar arasında bu meyl özünü göstərməkdədir. Siqaret çəkmək həm ananın həm də gələcək körpənin həyatı üçün təhlükə olmağına baxmayaraq yalnız 20 faiz qadın hamiləlik dövründə bundan imtina edir.
Siqaret çəkmənin doğulacaq körpəyə olan təsirlərinə baxaq. Siqaret çəkmənin ən çox görülən nəticəsi döldə hipotrofiyanın(döldə boy və çəkinin azalması) inkişaf etməsidir. Bu onunla əlaqədardır ki, siqaret çəkilən zaman plasentada pozuntular baş verir və dölə oksigen və digər qidanlandırıcı maddələr yetərincə çatmır. Ana nə qədər çox tüstü udursa (hətta özü çəkmirsə və passiv çəkənlərdəndirsə) bir o qədər körpədə hipotrofiyanın səviyyəsi yüksək olur. Ona görə hamilə analar siqaret çəkilən yerlərdən qaçmalıdırlar. Əgər ailədə kimsə çəkirsə onu evdə çəkməməyə inandırmaq lazımdı. Hamiləlik zamanı siqaret çəkmək erkən doğuşa, vaxtından əvvəl ciftin ayrılmasına səbəb olur. Anadangəlmə ürək çatışmamazlığı, baş beyin zədələnmələri hamiləlik vaxtı siqaret çəkən anaların körpələrində tez tez rast gəlinən haldır. Ananın siqaret çəkməsi yeni doğulan körpənin qəflət ölüm riskini də artırır. Bundan başqa siqaret çəkən anaların uşaqlarında kiçik ancaq gözəçarpacaq dərəcədə intellektual və fiziki qüsurlar görsənməkdədir.
Bir qayda olaraq onlar adətən pis oxuyur, tez-tez xəstələnir, fiziki inkişafda geri qalırlar. Bunların hamısının səbəbi ondadır ki, ana bətnində olarkən onlar oksigendən çatışmamazlığından əziyyət çəkiblər. Ona görə gələcək körpənizin həyatını, gələcəyini düşünərək hamiləlik zamanı siqaret çəkməkdən imtina edin, ən yaxşısı isə ümumiyyətlə bu pis vərdişdən əl çəkin!
P.S. Özünüzə rəhminiz gəlmirsə heç olmasa doğacaq körpəyə yazığınız gəlsin.
Həmçinin bax: Siqaret və qadınlar