SPA

SPA

SPA-latın dilindən hərfi tərcüməsi “Salus Per Aguam” sözündən götürülmüşdür.Mənası su ilə gələn rahatlıq deməkdir.İlk dəfə olaraq Belçikada əsgərlərin ruh və fiziki müalicələri üçün istifadə edilmişdir.SPA əsasən 6 formada həyata keçirilir:

1.Buxar hamamı-yüksək istilik nəticəsində istiliyin ötürülməsi və artıq toksinlərin bədəndən ixracını təmin edən masaj
2.İsveç Masajı: bel, ayaq ve qol bölgələrinə edilən masaj
3.Thalasso Terapiya: Dəniz suyu ilə edilən masaj
4. Duz pilinqi: qalın duz parçaları ilə bədəndəki ölü hüceyrələrin atılmasını təmin edən masaj
5. Aromaterapiya: Canlandırıcı ve rahatladıcı bitkilərlə həyata keçirilən masaj
6. Fango: bədəndəki qan qatılığını gücləndirmək üçün, mineral baxımından zəngin palçıqlarla,glinlərlə edilən masaj

SPA sadəcə bədənə qulluq demək deyil.O həm də ruhumuzun mənəvi dinlənməsi və mənfi enerjilərin iç dünyamızdan tamamən uzaqlaşdırılmasına istiqamətləndirilmişdir.

Xanımların üzərində çox böyük məsuliyyətlər olur-ailə,iş,uşaq və s..Bəzən özümüzə diqqət ayırmağa zaman da bəs etmir.Qayğımıza qalmaq üçün hansısa salona gedib,oradaki rahatladıcı vasitələrdən yararlanmaq mütləq deyil.Əgər siz özünüzə diqqət ayırmağı düşünürsünüzsə,əmin olun ki,sizin üçün evinizdən rahat bir yer yoxdur.Ona görə də sabah özünüzə baxş edəcəyiniz SPA keyfinə bir gün öncədən hazırlıq görün:

♥Öncə ən yaxın maqazinlərin birinə gedib qoxusunu bəyəndiyiniz gül ləçəklərindən,efir yağlarından və aroma iyili şamlardan alın.
♥Yol ilə gələrkən bütün lazımsız fikirləri beyninizdən atın və dərin-dərin nəfəs alın.
♥Telefonlarınızı söndürün
♥ CD-də çox da hərəkətli olmayan,həzin bir musiqi səsləndirin
♥Aldığınız şamları yandıraraq vannanın müxtəlif tərəflərinə yerləşdirin
♥Vannanı ilıq su ilə doldurub,əldə etdiyiniz çiçəklərdən,yağlardan əlavə edin.
♥Köpük üçün isə zəncəfil,lavanda yarpaqları,həmçinin 1çay qaşığı şampun,3 xörək qaşığı badam yağı da tökə bilərsiniz
♥ Daha sonra işıqları söndürün.Sanki su balığı imişsiniz kimi suyun üzərində gözlərinizi yumaraq dərin bir köks ötürün

SPA rahatlığı

♥ Yalnız gözəl düşünün,arzularınızdan filan...
♥Şam işığı,həzin musiqi,mənəvi rahatlıq,sanki dünyanın bütün yükündən azad olmuş kimi özünüzü hiss edəcəksiniz.Yaşama gücünüz artacaq,enerjiniz tükənməz olacaq,bundan əmin olun.

İç dünyanızın tam rahatlandığını hiss etdikdə

♥ Gözlərinizi açın
♥ İşıqları yandıraraq ətrafınızda yanan o şamların,yaratdığınız auranın necə gözəl olmasının seyrcisi olun.
♥Və ilıq bir duş qəbul edərək,ən rahat geyiminizi geyinib yatağınıza uzanın...və yatın

Səhər oyandığınızda özünüzü sanki həyata dünən gəlmiş kimi hiss edəcəksiniz..
Həyat çox gözəldir...Yaşamağı bacarın...Gəncliyinizi,təravətinizi hədər etməyin....

Top