Yayda düzgün həyat tərzi

Yayda düzgün həyat tərzi

1.Yay aylarında qida rasionunuzu rəngbərəng edin. Bu aylarda xüsusilə qırmızı kələm, narıncı yerkökü, yaşıl brokoli, yaşıl alma, qırmızı pomidor, bənövşəyi badımcan, yaşıl lobya və sairə rəngarəng meyvə tərəvəzə üstünlük vermək məsləhət görülür. Mütəxəssislərin sözlərinə görə, meyvə-tərəvəzin tərkibindəki beta-karoten kimi rəngverici maddələr xərçəng riskini azaltmaq qabiliyyətinə malikdir. Bu nəticələri Avropa Xərçəng Araşdırma Mərkəzi də (EPIC) təsdiqləyir.

2.Gün ərzində bədən çəkinizə uyğun olaraq maye qəbul edin. (Məsələn 60 kq insan gündə 2-2,5 litr maye qəbul etməlidir). Kifayət qədər maye qəbul etmədikdə orqanizmdə oksigen çatışmazlığı yaranır və təzyiq düşür. Ancaq bu mayenin hamısının su olması vacib deyil. Gündəlik maye ehtiyacını meyvə-tərəvəz, su, süd, ayran, bitki çayları, şorba ilə də qarşılamaq mümkündür. Ən yaxşısı isə pomidor suyudur. Yay günlərində əlavə C vitamini insana ancaq qüvvə verə bilər.

3.Hətta idman etməmək üçün müxtəlif bəhanələr tapanlar belə əzələləri gücləndirmək üçün mütləq müəyyən hərəkətlər etməlidirlər. Xüsusilə bütün günü oturaq iş yerində işləyənlər. Gün ərzində ən azı 15-20 dəqiqə özünüzə zaman ayırın. 40 yaşı adlamısınızsa, bu hərəkətlərə daha çox önəm verilməlidir. Çünki bu yaşdan sonra əzələlərin üzərində yağ divarları daha aktiv yaranır.

4. Mütəxəssislərin sözlərinə görə, bir dəqiqə gülmək 45 dəqiqəlik idmana bərabərdir. Unutmayın ki, gülərkən xoşbəxtlik hormonu ilə bərabər ağrıları azaldan maddələr də artır.

5. Gecə yatdığınız otağın havasının hərarəti ən azı 18 dərəcə olmalıdır. Bu hərarət yuxu və yaxşı nəfəs almaq üçün idealdır. Qış aylarında isə hava nə qədər soyuq olsa da yataq otağı 5-10 dəqiqə havalandırılmalıdır. Bununla insan daha çox oksigen alır.

6. Yorğun iş günündən sonra stressdən azad olmaq üçün zamanınızı düzgün bölün. Məsələn masaja, konsertə və ya teatra gedin. Sizə yaxşı anlar yaşadacaq işlərlə məşğul olmağa çalışın.
Top