Bu beyin şişindən xəbər verə bilər. Mütəxəssislərdən ana-atalara xəbərdarlıq: uşaqlarda rast gəlinən beyin şişlərinin baş ağrısı, səhər qusması kimi əlamətləri var. Uşaqlıq çağında rast gəlinən beyin şişləri ən çox 3-12 yaşları arasında görülür, ən əhəmiyyətli simptomları isə başağrısı, səhər qusmaları və görmə pozuqluqlarıdır. Texnologiyanın həyatımızda get-gedə daha çox yer əldə etməsi, ətraf çirkliliyi, kimyəvi maddələr və hamiləlikdə radiasiya alınması doğulacaq uşaqlarda genetik deformasiyaya yol aça bilir.
Bu inkişaflar, uşaqlardakı beyin şişi riskini də artırır. Görülmə sıxlığı yüz mində 4-5 olan beyin şişləri, uşaqlıq çağında ən çox 3-12 yaşları arasında ortaya çıxır. Xüsusilə valideynlərin uşaqların baş ağrısını ciddi qəbul etməsi lazımdır. Bu şikayət beyin şişi əlaməti ola bilər.
Böyümə və yenilənmə idarədən çıxınca hüceyrələr şişləşməyə yəni sərhədsiz böyüməyə başlayır. Bu şişlər yaxşı xasiyyətli və pis xasiyyətli olaraq ikiyə ayrılır. Beyin şişinə gətirib çıxaran səbəbləri, hamiləlik əsnasında alınan radiasiya, genetik pozuqluqlar, bəzi viruslar, ekoloji faktorlar və kimyəvi agentlər olaraq sıralanır".Hamiləliyin ilk üç ayında qadınların radiasiyadan uzaq dayanması lazımdır. Radiasiya, hüceyrənin DNT quruluşunu dəyişdirərək genetik pozuqluqlara, xromosom anomaliyalarına səbəb olur. Uşaqlarda fizioloji pozuqluqlar xərçəngə də gətirib çıxarır. Erkən diaqnozla uşaqlıq çağı beyin şişlərinin müalicəsində yüksək nisbətdə müvəffəqiyyət təmin edilir. Cərrahi müdaxilənin ardından edilən kimyaterapiya və radioterapiya tətbiqləriylə də, müalicə tamamlanır. Keçmişdə toxunulması mümkün olmayan şişlər indi müvəffəqiyyətli cərrahi əməliyyatlarla çıxardılır.