Depressiyadan qurtulun

Depressiyadan qurtulun

Depresiyya nədir? Psixoloji olaraq insanın sarsılması, əhvalının pisliyə doğru dəyişməsidir. Günümüzdə bir çox insanlar bu xəstəlikdən əziyyət çəkir. Çox zaman işdə uğursuzluq, həyatda uğursuzluq, münasibətdə uğursuzluq hamısı depressiyaya yol açır. İnsan həyatdan küsür. Hər şey ona qara rəngdə görsənir. Tənhalıq, qaranlıq bir növ onun üçün qurtuluş olur. Lakin bu hal insanı daha da yoxuşa aparır.

Bəs depressiyadan çıxmaq üçün nə etmək olar? Bildiyimiz kimi, qida insan orqanizminə böyük təsir edir, insanı gümrah tutur. Beləliklə depresiyyadan xilas olmağın yolu YEMƏYİ sevin. Amma çoxda yeməyin çünki bu sizdə ağırlıq yara dilər. Çalışın yüngül yeməklərə üstünlük verin. Meyvələr çox önəmlidir. Gündə maye qəbulunu unutmayın. Soyuq havalarda depressiyaya düşmüsünüzsə kafeinli içkilər xaric çalışın daha çox maye qəbul edin.

Bəzən insanlar depressiya zamanı yeməkdən uzaqlaşır. Bu isə ən böyük səhvdir. Çünki beləliklə depressiya vəziyyətini ağırlaşdırmış oluruq. Unutmayın ki, depressiya bir xəstəlikdir. Bundan əlavə və ən əsası ruhun qidasıdır. Qəlbinizdə Allah olduqca siz depresiyyadan uzaq olarsınız. Çalışın bu mövzularda kitablar oxuyun, mahnılara qulaq asın. Çünki ruhun qidası imandır. Allah hər birinizi depressiyadan qorusun.

Top