Yuxu insan həyatında ən önəmli sakitləşdirici təsiri olan yorğunluqdan ruhu xilas edən real həyatdan müvəqqəti ayrılıqdır. 8 və ya 10 saatlıq yuxu insanı enerji dolu olacağına zəmanət verməz. İnsan az yataraq da daha çox işlər görə bilər, daha uğurlu nəticələr göstərə bilər. Fakt olaraq qeyd edək ki, alimlər, elm xadimləri gündə yalnız 4 saat yatırlar və bunu qarşılığında uğurlu fəaliyyət göstərirlər. Daha çox yatmaq daha çox yorğunluğu hiss etməkdir. Az yatmaq nəyisə etməyinə şans yaradır.
İnsan ən çox yuxusuz 18 gün, 21 saat, 40 dəqiqə ayaqda dura bilir.
10-15 dəqiqə müddətində yataqda yuxuya getmək normal insanlar üçün xarakteristikdir. Göstərilən müddətdən tez yuxuya gedən çox yorğun, gec yuxuya gedənlər isə yuxu çatışmazlığından əziyyət çəkənlərdir. Hesablamalara görə yeni doğulan körpələr üçün birinci ildə 400 saatdan 750 saatadək yuxu saatı sərf olunur.
Bir çox alimlər düşünürlər ki, yuxuya gedən insanın 10 dəqiqədən sonra göz qapaqları bağlanır görmə qabiliyyəti itir və bu proseslərdən sonra beyin yatmış olur (bəzən buna beyinin müvəqqəti ölümü də deyilir), əks halda əgər insan yuxuya gedərkən gözü yarı açıq vəziyyətdə sanki ətrafda baş verənləri əyani olaraq görə bilirsə bu beynin yatmamasıdır. Yatan beyin oyanarkən şəffaf və təmiz olur.
Əcnəbi alimlər tərəfindən aparılmış bir sıra müşahidələrin içərisində birini nəzərinizə çatdırırıq: Əsgərlər üzərində aparılmış tədqiqatlar göstərib ki, əsgərlər 30 saat yatmadan ayaq üstə dura bilərlər, lakin bu müddətdən sonra onlar halsızlıq, baş gicəllənməsi, göz bəbəklərinin şişməsi ilə nəticələnən hallarla üzləşəcəklər. Bundan sonra yatma müddəti isə 24 saata çəkə bilər. Yuxudan oyanan əsgərin normal həyata qayıtması şübhəsizdir.
Yeniyetmə insanlar üçün 10 saatlıq yuxu, 25-55 yaş arası insanlar üçün 8 saatlıq yuxu alimlərin fərziyyəsidir.
Bəzi tədqiqatlar göstərir ki, kişilərdən fərqli olaraq daha çox depressiyaya məruz qalan qadınların depressiya müddətində yuxu gətirici həblər qəbul edib dərin yuxuya getmək istəkləri bəzən qüsurlu sonla başa çatır. Qəbul edilən həbin yuxuculuq dərəcəsindən asılı olaraq onlar beyin yarımkürəsinin ayıq liftlərini öldürə bilmir və sakitləşdirici funksiyasını beyinin məcburi ölmü ilə üzləşdirirlər. Bu isə əsəb pozğunluğuna gətirib çıxarır. Dərin yuxuya gedən insanı yuxudan oyatmaq bir qədər çətin olur.
Qədim Yunanıstanda və Çində insanlar yuxuya gedərkən gördüklərini onların gələcəyindən bir işarə olduğu kimi qavrayırdılar. Onlar elə düşünürdülər ki, insan yuxuya gedərkən ruh bədənindən ayrılıb dünyanı səyahət etməyə gedir və onu oyadarkən səfərini bitirib cana geri qayıdır. Yuxu yozmaları da bu anlayışdan sonra meydana gəlməyə başlamışdır. İnsan yuxusunda gördüyü hadisəni həyatda reallaşacağını görüncə onu öz aləmində yozmağa başlamış və bəzi talismanları yaxşılığa, pisliyə doğru simvol kimi adlandırmışdılar.
Bəzən yuxu görməməkdən əziyyət çəkənlərdə olur. Bunlardan bizim öz aralarımızda qarşılaşdığımız insanlarda vardır. Mən heç yuxu görmürəm deyən insanlara cavab olaraq alimlərin bir qeydinin nəzərə çatdıraq: “Yuxu görməyən insanların sırasını xoruldayanlar, siqaret çəkməyi yenicə tərgitən insanlar təşkil edir.”
Yuxu beynin rahatlıq incisidir.
Mənbə: “Yeni Çağ” AİA