Beyni işlədən qidalar

Beyni işlədən qidalar

Bir imtahana girməmişdən əvvəl, ya da düşünmək istədiyiniz vaxtlarda şəkərli qidalar yeyirsinizmi?  Gecələr istədiyiniz zaman fikrini toplamaq üçün qəhvə içirsinizmi? Bəzimiz bu cür tədbirlərin psixoloji olduğunu düşünsək də aparılan təhqiqatlar bir çox qidanın beynin beynin işləməsinə birbaşa təsir etdiyi göstərməkdədir.
Beyin mükəmməl bir idarəçidir. Sanki bir dirijor kimi bədənimizdəki sinir məlumatlarınım bir hüceyrədən digərinə daşınmasını idarə edir. Bunu yerinə yetirərkən sinir məlumatçısı adlanan kimyəvi maddələr ifraz edir. Vücudumuzda milyardlarla sinir hüceyrəsi var. Beynimiz bədəni duyğu və davranış mövzularında bütün məlumatları bu kimyəvi maddələr vasitəsiylə əlaqədar hüceyrələrə göndərir. Ancaq bu vəzifəni yerinə yetirmək üçün beynin qidaya ehtiyyacı var.
Yediyimiz hər şeyin qida dəyəri qan yolu ilə bütün vücuda yayılmadan əvvəl birinci beyinə gedir. Beyin hansı qidanın nə qədər faydalı olacağını bildiyi üçün seçici kimi hərəkət edir.
Top