Beynin fəaliyyəti üçün ən vacib səhər yeməyidir. Belə ki, hər gün müntəzəm səhər yeməyi yeyən insanların digərlərinə nisbətən daha müvəffəqiyyətli və səmərəli olduqları müşahidə edilməkdədir. Səhər yeməyi yemə adəti olmayan insanlarda fikrini cəmləmə itkisi çox olur. Sadəcə qəhvə içmək yuxunu açsa da, vücuda enerji və qidanı təmin etmir. Üstəlik qəhvə, daha sonra qəbul edilən bəzi qidaların vücudda istifadə olunmasına mane olur. Beləliklə insan bir müddətdən sonra özünü yorğun hiss etməyə başlayır. Bundan başqa qəhvə riyazi və məntiqi qabiliyyətlərə də mənfi təsir edir. Gərgin bir günə başlayarkən: pendir, süd, yumurta kimi tərkibində protein olan qidalardan ibarət bir səhər yeməyi, şirin çay və küncütlü kömbədən ibarət səhər yeməyi ilə müqayisədə daha yaxşı nəticə alınmasını təmin edir.