Qanın tərkibində qırmızı qan hüceyrələri var.Bu qan hüceyrələrində oksigenin paylanmasını və bu hüceyrələrin qırmızı olmasını tənzimləyən hemoqlabin vardır.Nəfəs alarkən ağciyərdəki oksigen,bu hemoqlabinin sayəsində paylanır.Bu hemoqlabinin qanda lazımi miqdarının olmaması nəticəsində anemiya ortaya çıxır.
Dəmir çatışmamazlığı ən çox rast gəlinən anemiyadır ki,bu vaxt orqanizmdə yetərincə dəmir olmur.Dəmir qandakı hemoqlabinə bağlanır və oksigenin paylanmasına kömək olur.Əsasən uşaq vaxtlarında ortaya çıxan bir haldır.
Dəmir azlığında xəstələrdə bir o qədərdə gözəçarpan əlamətlər olmur.Qan analizi verildikdə bu haqda diaqnoz almaq olar.Lakin əgər xəstəlik daha ağırdırsa o zaman halsızlıq,yorğunluq,iştahsızlıq,qəbizlik və s. kimi əlamətlər ola bilər.Bu zaman xəstələr torpaq kimi yeyilməyən şeyləri yemək istəyərlər.
Bundan əlavə aşağıdakı əlamətlər də ola bilər.
- Baş gizəllənməsi,qulaqların çingildəməsi
- Ağız kənarında çatlar
- Dırnaqlarda çatlar
- Dildə qızartı,çatlar
- Çətin və ağrılı udqunmaq
Dəmir çatışmamazlığı olan uşaqlar,gec danışır,gec gəzir və gec oturur.
Müalicə kimi tərkibində dəmir olan preparatlar qəbul olunur.2 aydan sonra xəstəlik müalicə oluna bilər.Lakin dəmir depolarının doldurulması üçün bir müddət dəmir müalicəsi almaq lazımdır.Bu müalicə isə 1 ilə qədər uzana bilər.Uşaqlarda isə sirop və ya damcı yolu ilə dərman vermək lazımdır.Dərman ac qarına və ya nahar arasında olmalıdır.Çünki bu zaman dəmir daha yaxşı sovrulur.Həmdə C vitamini ilə bərabər dərmanın qəbul olunması sovrulmanı daha da yaxşı tənzimləyir.
Dəmir ət məhsullarında-qaraciyər,dalaq,qırmızı ət, yumurtanın sarısı,yaşıl tərəvəzlərdə, fındıq,fıstıq,kişmiş, bəhməzdə daha zəngindir.