Necə araq içməli?

Necə araq içməli?

Biz nə qədər içsək də, mütəxəssislər içkinin ziyanlı olmasını nə qədər təkrar etsələr də, heç bir təfavütü yoxdur, biz bayramları badə qaldıraraq qeyd edirik. İçkiləri hansı ardıcıllıqla qarışdırmaq olar?
Sizin tezliklə sərxoş olmağınıza «kömək» edən qazlı içkilər: şampan və pivədir. Qazlı alkoqolu başqa spirtli içkilərlə qarışdırmağı məsləhət bilmirlər. Belə qarışıq orqanizm tərəfindən tez sorulur, onların orqanizmdən kənarlaşmasına isə xeyli vaxt tələb olunur, bunun üçün içkinin bir növünün içilməsini tövsiyə edirlər.
Ümumiyyətlə, «qarışdırmamaq» qaydası hamıya bəllidir, ancaq ona bir çox hallarda riayət olunmur. Əgər siz uzun müddət ayıq qalmaq istəyirsinizsə, bizim məsləhət: bütün axşam boyu bir içki növü seçin (məsələn, çaxır). Və nəhayət, məclisi bir badə konyak ilə bitirmək olar (məsələn, qəhvədən qabaq).
Əgər siz məclisdə təkcə araq içməyi nəzərdə tutmusunuzsa, onda heç də fikrinizi dəyişməyin. Bir qurtum şampandan sonra, məclisin axırına kimi «şəffaf su»ya keçin. «Pivə ilə araq» adlı məşhur kokteyli siz necə arzulasanız da, onları qarışdırmaq məsləhət deyildir. Bu qarışıq adamı dərhal haldan salır, hətta içkinin dərəcəsini artırmaqla: birinci pivəni, sonra arağı içsək belə. İçkinin dərəcəsini artırmaqla sərxoşluq simptomu olan süstləşmənin aradan götürülməsi əfsanəsi tamamilə əsassızdır. Spirtli içkilərin hansı ardıcıllıqla içilməsinin heç bir fərqi yoxdur, ən başlıcası normadan artıq istifadə etməməkdir, yəqin ki о da təcrübə yolu ilə hesablanmışdır. Təbii çaxır orqanizmə çox az zərər vurur, nəinki. «təmiz» araq. Bu nöqteyi-nəzərdən, distillə yolu ilə alınmış spirtli içkilər: viski, konyak, brendi, çaça təbii mikroqarışıqların hesabına az zəhərlidir və orqanizmi təmiz alkoqolun təsirindən müdafiə edir.
Məclisdə çoxlu miqdarda spirtli içkilərin içilməsi, bəzilərinin yuxulamasına, digərlərinin isə ətrafdakılara problem yaratmasına gətirib çıxarır. Bu, nəyə görə belə olur? Axı, eyni cür içkilər içilir: alkoqol qara ciyərə təsir edir və onun funksiyası təkcə zəhərli maddələri süzməsində deyil, həm də hormonların dağıdılması prosesindən ibarətdir. Spirtin təsiri altında qara ciyərin hormonları dağıtması funksiyası «dayanır» və onlar tezliklə qanda toplaşaraq, beyini fəallaşdırır.  Nəticədə  emosional vəziyyət güclənir və adam necə deyərlər, «dayana» bilmir. Əgər о adam bir az da olsa həmsöhbətindən razı deyilsə, içkini «ürəyincə» qəbul edib, öz düzgünlüyünü istənilən üsulla sübut edəcək.
Başqa tərəfdən, alkoqol güclü neyrodepressantdır (əsəb hüceyrəsi), o, beyinə təsir göstərərək, orqanizmi «dayanmağa» məcbur edir. Bunun baş verməsi tez və yaxud gec ola bilər. Ancaq adamın «özünü göstərməyə» macal tapması və ya­xud tezliklə yuxulaması, qara ciyərdəki alkoqolu sərf edən genetik yolla ötürülən əsas fermentin miqdarından asılıdır.

Mənbə: Qanun jurnalı

Top