Kainatda yalnız bir şey üzərində tam nəzarət etmək hüququnuz var – düşüncələriniz.
Hər hansı bir vəziyyətdə nə düşünəcəyinizə yalnız özünüz qərar verə bilərsiz. Düşüncələriniz və duyğularınız sizin davranışlarınızı müəyyən edir və bu da əldə etdiyiniz nəticələrə təsir edir. Hər şey sizin düşüncələrinizdən başlayır. Ruhlandırıcı sözlər sizin fikirlərinizin tez bir zamanda dəyişməsinə, enerjinizin qalxmasına və əhvalınızın yaxşılaşmasına səbəb ola bilər.
Müsbət düşünmək və qarşınıza yeni məqsədlər qoymaq üçün aşağıdakı motivasiya edici sitatları təqdim edirik :
1)“Başlamanın ən yaxşı yolu danışmağı buraxıb, başlamaqdır ”
(Walt Disney)
2) “Pessimist insan hər bir imkanda çətinliklər görür, optimist insan isə hər bir çətinlikdə imkanları .” —
(Winston Churchill)
3) “Müvəffəqiyyətdən daha çox uğursuzluqlarından öyrən. Bunu dayandırma. Uğursuzluq xarakter yaradır. ”
-(Naməlum)
4) Dilinizdəki “ itirmək ” sözünü “ öyrənmək ” sözü ilə əvəz etsəniz, uğursuzluğa düçar olma düşüncəsi azalar və sizin müvəffəqiyyətli olmanıza fokuslanmanıza imkan verər.
(Naməlum)
5) “Məsələ yerə yıxılmağın deyil, məsələ yerdən qalxıb qalxmamağındır ” –
(Vince Lombardi)
6) “Həqiqətən maraqlandığınız bir şey üzərində işləsəniz, məcburiyyətə ehtiyac yoxdur. Arzularınız sizi aparacaq.” —
(Steve Jobs)
7) “Dünyanı dəyişdirəcəklərini iddia edəcək qədər çılğın olanlar, dünyanı dəyişdirənlərdən biridir.”-
(Rob Siltanen)
8) “Uğurlu olma qərarın kifayət qədər güclü olarsa, uğursuzluq sənə üstün gələ bilməz.” —
(Og Mandino)
10) “Bir çox uğursuzluqlarla qarşılaşmış olsaq da, məğlub olmamalıyıq.” —
(Maya Angelou)
11) “Bilmək kifayət deyil,bildiklərimizi tətbiq etməliyik.Arzulamaq kifayət deyil,arzularımızı həyata keçirməliyik.”
(Wolfgang Goethe)
12) “ Hiss edərək inandığınız hər şey, sizin həqiqətinizə çevrilir ” —
(Brian Tracy)
13) “Oturarkən belə qorxular yaradırıq, hərəkətə keçməklə qorxularımıza üstün gələrik ” — (Dr. Henry Link)
15) “Edə biləcəyinə inansan da, inanmasan da həmişə haqlısan” —
(Henry Ford)
16) “ Bacarıqsızlıq sadəcə bu dəfə daha ağıllı təkrar başlama fürsətidir” —
(Henry Ford)
13) Doğru yolda olsanız belə, əgər otursanız, sizi əzib keçərlər.- (Henry Ford)
Tərcümə etdi : Aytən İslamzadə
Mənbə: cazibe.info