Gənc adam, bir əczaxanada şagird olaraq işə girmiş, şirin dili və çalışqanlığıyla qısa müddətdə hötmət qazanmışdı. İstənən dərmanları sürətlə hazırlayarkən, bir tərəfdən də müştəriylə söhbət edərdi. Gələnlər həmişə kefsiz insanlar idi. Lakin şagird mütləq bir ortaq nöqtə tapır və onlarla yoldaşlıq qururdu. Orta yaşlı bir xanım olan əczaçı, şagirdindən çox razı idi. Buna görə də aylığına əlavə artım edirdi.
Gənc adam, edilən bu artımları qeyri-kafi qəbul etdiyi üçün ən bahalı dərmanlardan gizlicə götürməyə başladı. Bunları əl altından satarsa, kasıblıqdan yavaş-yavaş xilas olacaqdı.
Şagirdin kasıb evlərlə əhatəli olan evi, çox keçmədən dəyişməyə başladı. Bir sıra təmir və əlavələrdən sonra təpədən dırnağa rənglənilən ev, damına yerləşdirilən bir peyk antena ilə tamamlanmışdı. Lakin diqqətləri ən çox çəkən şey, evdən gün aşırı yüksələn qızartma qoxuları idi. Məhəllənin bayramdan bayrama ət görən insanları, bu qoxuların küftəyəmi yoxsa kotletəmi aid olduğu mövzusunda düşünür və qoxular artdığında uşaqların qibtə etməməsi üçün, pəncərələri bağlayırdılar.
Şagird, həyat yoldaşının yemək mövzusundakı xəbərdarlıqlarına qulaq asmır və xüsusilə bitişik evdə yaşayan uşaqlara köməyə yanaşmırdı.
Bu uşaqlar, ataları öldüyündən çətin vəziyyətdə idi. Amma özü də əlbəttəki dövlət deyildi, hər kəsə baxa bilməzdi. O uşaqlara verdiyi bayram cibxərcliyi heç də az sayılmazdı. Kiçik qızına dar gələn, ya da artıq dodaq büzdüyü üçün bir kənara atılan paltarlar da, hesaba alınmalı idi. Hər kəs o qədər versə varlanardılar.
Gənc adamın arvadı,ara bir də olsa, yetimlərin anasına yemək göndərirdi. Lakin yoldaşı ət verməyi qadağan etmişdi. Çünki ətin dadını bir dəfə alarlarsa, başqa bir yeməyi bəyənməzdilər.
Şagirdin kiçik qızı, tez-tez ət yeməkdən bezdiyi üçün, «orası yağlı, burası sümüklü» dediyi kotletlərə bir dişlək atıb yarımçıq qoyurdu. Ona görə bu qismətlər, qonşu bağçaya gələn pişik və itlər üçün əla bir qonaqlıq idi. Gənc adam, heyvanlara nifrət edərdi. Buna görə də «qonaqlığa» etiraz etmiş, lakin sonunda qızına boyun əymişdi. İtlərin hürməsi, xüsusilə gecələr onu dəli edirdi. Bu səsləri eşidəndə, çox zaman balkona çıxıb onları qovurdu. Yetimlərin anası da həmişə bağçada olardı.Deyəsən bu işdən, qadın da narahat idi deyə düşünürdü.
Gənc adam, itləri götürmələri üçün bələdiyyəyə etdiyi şikayətlərdən bir nəticə görməyəndə, problemi tək başına həll etməyə qərar verdi. Və kotlet artıqlarını, əczaxanadan gətirdiyi dərmanlar ilə zəhərlədikdən sonra, bağçaya atdı. Beləliklə problem tam həll ediləcəkdi.
Sabahısı gün, yetimlərin öldüyünü eşitdilər. Həkimlər, ananın etirazına baxmayaraq, uşaqların dərman içdiklərini söyləyirdilər...