Alla Puqaçovadan sitatlar

Alla Puqaçovadan sitatlar

Satqınlığı başa düşə bilərəm, bağışlamağı əsla.

Müsahibə ilə tövbə və etirafı qarışdırmaq lazım deyil.

Sevgi qəlbin elə bir vəziyyətidir ki, hətta ən axırıncı xəsis də onun uğrunda hər şeyini verməyə hazırdır.

Kişilər məndən ötrü hansı qəhrəmanlığı edib? Mənimlə evləniblər.

Hesab edirəm ki, məhəbbət — böyük zəhmət tələb edir. Və bu zəhmət mənim üçün xoşbəxtlikdir. 

Sevginin yoxluğundansa, yanılmaq və məyus olmaq daha yaxşıdır.

Hər şeyi kişidən ötrü qurban vermək? Kişi nə qədər səfeh olmalıdır ki, məndən hər şeyi atmağı tələb etsin. Axmaq naminə heç nəyi qurban vermərəm.

Sizi sevməyən insanlardan qorxmaq lazım deyil. Özünü sevirmiş kimi göstərənlərdən ehtiyatlı olun.

Əgər bir axmağa aşiq olmusunuzsa, deməli, həyatınızın duzu az olub.

Pul o qədər çox olmalıdır ki, insan özünü alçalmış hiss etməsin.

Dostcasına verilmiş məsləhətlərdən incimək düzgün deyil.

Vərdiş çox çirkin ifadədir.

İnsanları sevə bilməyin yeganə yolu onlarla ünsiyyəti kəsməkdir. 

Sizə həqiqəti deyən adamlarla münasibət qurmaq lazımdır.

Əziz xanımlar, kişi ilə münasibətdə hər şeydən əvvəl siz yumor hissini itirməməlisiniz,onda hər şey yaxşı olacaq.

Sehrli dəyənəyim olsaydı, onunla çox iş görərdim. Bəzilərinin hətta başına vurardım.

Nə qədər ki, özümüzə səhv etməyə icazə verə bilirik, deməli, hələ gəncik.

Səhv etmək deyil, onları özünlə daşımaq dəhşətlidir.

Mən belə dərd çəkirdim: ilk 5 dəqiqə ağlayır, sonrakı 5 dəqiqədə əzablarımın səbəbkarını günahlandırır, növbəti 5 dəqiqədə isə özümü əvvəlcə çox sərt, sonra ironik, sonra da filosofsayağı ittiham etməyə başlayırdım.

Məni mənəviyyatca zənginləşdirə bilən adamlar həmişə cəlb edib. Hətta əclaf olsa belə.

Kişiyə alt paltarı almaq hər bir qadının müqəddəs hüququdur.

Özünü sevmirsənsə, başqaları niyə səni sevsin ki? İlk növbədə özünü sev.

Səhnədən göz yaşları içində deyil, sevinc və fərəh hissiylə gedəcəyəm.

Üç dəfə ərdə olmuşam, hər biri ilə çox xoşbəxt idim. Bədbəxt ərlərim idi, çünki onları səhnəyə qurban verdim. 

Xoşlamıram, həm də dürüstlüyüm imkan vermir ki, yalan danışım. Odur ki, mətbuata az-az danışıram.

İstənilən qadın aktrisadır. Əgər pis aktrisadırsa,o, həmişə uduzacaq. 

50 yaşdan sonra insanın üzündə yaşı yox, mahiyyəti yazılır.

Əsl qadın həm su, həm də od olmağı bacarmalıdır. Mahiyyət eyni qalsa da, daim dəyişən bu prosesi müşahidə etməkdən daha əyləncəli heç nə yoxdur.

Aytən Məftun
Top