Ən mühüm əsərim həyatımdır | Simon de Bovuar

Ən mühüm əsərim həyatımdır | Simon de Bovuar

“Qadını mətbəxə və ya bəzənməsi üçün otağa həbs edir, sonra dünyagörüşünün dar olmasına heyrətlənirik. Qanadlarını kəsirik, sonra isə uça bilmədiyi üçün deyinirik”.

“Qadın ictimai istehsalatda daha çox yer alıb, ev işlərinə daha az vaxt ayıranda azadlığına qovuşacaq”. 

”Siz kitab oxumağı xoşlayırsınız. Yaxşı bir kitab qədər insanı özündən uzaqlaşdıran ikinci vasitə ola bilməz”. 

“Elə acgözəm ki, həyatdan hər şeyi eyni anda istəyirəm. Həm çoxlu dostum olmağını, həm də tək qala bilməyi arzulayıram”. 

“Fərdi səviyyədə qadınlar evdən kənarda işləməlidirlər və mümkündündürsə, ailə qurmamalıdırlar. Mən Sartrla evlənə bilərdim, ancaq bunu etməyərək düzgün qərar verdiyimizə inanıram. Evliliyin qadınlar üçün təhlükəli olduğunu düşünürəm”. 

“Qadınlar bərabərliyin onlara lütf edilməyini istəmirlər. Onlar bərabərliyi əldə etmək istəyirlər. Bu ikisi tamam fərqli məhfumlardı”. 

“N qədər kişi uşaq doğmadığım üçün qadınlar haqqında danışmağa haqqım olmadığını dedi. Çox gözəl. Amma onlar da uşaq doğmayıblar. Buna baxmayaraq qəlibləşmiş fikirləri rahat formada dilə gətirə bilirlər”. 

“Qadınların çoxu aşiqinin yox, qapıçısının sözünü eşidir. Çünki aşiq tək bir insandı, qapıçı isə cəmiyyətin səsidir”. 

“Qadını təkcə kişi əzmir. Qadın həyatının məsuliyyətini üzərinə götürməkdən vaz keçərək öz-özünü əzir”. 

“İnsan dünyaya qadın olaraq gəlmir, zaman keçdikcə qadın olur”.

“Ən mühim əsərim həyatımdır”.

“Ah! Məni yaşamaq öldürür”.
Top