Bəhlul Danəndə hikməti

Bəhlul Danəndə hikməti

Bir gün Bağdadın tanınmış alimlərindən Şeyx Cüneyt Bəhlul Danəndəni görmək fikrinə düşür. Yerini öyrənir və yanına gedir. Öncə salam verir. Bəhlül Danəndə salamını aldıqdan sonra kim olduğunu soruşur. Şeyx Cüneyt cavab verir: “Mən Şeyx Cüneyt Bağdadiyəm”
— Sənsən camaati maarifləndirib doğru yola yönəldən?”
— “Bəli mənəm”.
– “O zaman söylə yeməyi necə yeyirsən?”

– “Öncə Bismillah deyirəm, yeməyi öz qabağımdan yeyirəm, başqalarının üzünə baxmıram, kiçik loxmalar götürür, hər birini ağzıma qoyduğumda Allahın adını zikr edirəm.Yeməkden öncə və sonra əllərimi yuyuram.

— “Yemək yeməyi belə bilmirsən camaata necə ağıl verirsən”  Bunu söyləyib Bəhlul ondan uzaqlaşır. Şeyx Cüneyt əl çəkməz, arxasınca gedər. Bəhlul soruşur “sən kimsən?”
– “Yemək yeməyi bilməyən Şeyx Cüneyt:”
– “Natiqlik qabiliyyətin necədir?”
– “Nə qədər lazımsa o qədər danışıram, nə çox az, nə də həddindən çox. Dinləyicilərə görə söhbət edir, onları Allaha və onun Peyğəmbərinin dininə dəvət edirəm.”

– “Yemək yeyə bilmədiyin kimi danışmağı da bilmirsən. Hələ bir söylə necə yatırsan?”
Şeyx Cüneyt – “Gecə namazından sonra gecəliyimi geyip yatağıma uzanıram” — deyir ardından da Peyğəmbərin (s.a.s) necə yatmağıyla bağlı sünnətlərini sayır.
— “Sən heç yatmağı da bilmirsən.” deyib getmək istəyərkən Şeyx Cüneyt Bəhlulun ətəyindən yapışıb israrla “ Ey Bəhlul sən bunları mənə öyrətməyənə qədər səni heç bir yere buraxmaram.” deyir.

Bəhlul cavabında “Bilmədiyini etiraf edirsənsə sənə öyrədərəm."
– Yediyin yeməklərdə əsas şərt yediklərinin halal olmasıdır, onlar halal olmadığda saydıqlarının bir mənası yoxdur.
– Söz söyləməyə gəldikdə, başlıcası Allah rizası üçün söylənməli və həqiqət olmalıdır.
– Yatanda isə qəlbində kimsəyə qarşı kin, nifrət olmamalıdır.
Top