Bəhlul deyir:
– Günlərin biri İmam Əli (ə) qoşunu ilə İraq ərazisindən keçərkən yolu Kərbəla çölündən düşür. Bir anlığa dayanıb ətrafa diqqətlə göz gəzdirir. Sonra üzünü qoşuna tutaraq buyurur:
– Bura Allah aşiqlərinin şəhid olduqları yerdir. O şəhidlər ki, nə onlardan əvvəlki, nə də sonrakı şəhidlər onlara tay ola bilməz. Sonra bir ovuc torpaq götürərək deyir:
– Nə qədər ətirlisən, ey torpaq! Qiyamət günü səndən Cənnətə sorğu-sualsız daxil olanlar qalxar.
Bəhluldan Kərbəla türbəsinə səcdə etməsinin səbəbini soruşduqda buyurur: «İmam Sadiqdən bu sözləri eşitdim: «İmam Hüseynin (ə) türbəsinə səcdə etmək yerin yeddi qatını nurani edər. Onun türbətindən hazırlanan təsbehi üstündə gəzdirən isə Allahı zikr edənlərdən hesab olunur».