1. Həyatınızla bağlı sualların cavabları əslində əlinizdədir.
Varlığınızın mərkəzində cavablarınız gizlidir. Kim olduğunuzu və nə istədiyinizi əslində bilirsiniz. Başqalarına hakim olmaq qüvvətdir, özünüzə hakim olmaq isə həqiqi gücdür.
2. Hər şeyi olacağına buraxdığın an azad olacaqsan.
Bəzi şeyləri olacağına buraxdıqda hər şey qaydasına düşməyə başlayır. Olacağına buraxa bilən insanlar qazanırlar. Ancaq daim şansınızı sınamağa davam etməlisiniz. Əgər hər şeyə sahib olmaq istəyirsənsə, hər şeydən əl çəkə bilməlisən. Palçıq çöküb su şəffaflaşanadək gözləməyə səbrin varmı?
3. Eqonuz sizə heç vaxt həqiqi həzzi verməz.
Özünü təsvir edənlər əslində kim olduqlarını bilməzlər. İnsanlar üzərində gücü olan insan özünü gücləndirə bilməz. Parlamaq istəyən insan öz işığını qaraldar.
4. Pislik yox sayıldıqda yox olar.
Pisliyə qarşılıq vermədiyinizdə öz-özünə yox olar. Yaxşılıq daim qazanar, pislik isə həmişə uduzar. Yaxşı olanlara yaxşılıqla qarşılıq verin. Pis olanlara da yaxşılıqla qarşılıq verin. Beləcə, həmişə yaxşılıq qalib gələcək.
5. Dürüst olanlara qarşı dürüst olun.
Amma yalançılara qarşı da dürüst olun. Beləcə dürüstlük qalib gələr. Sözlərdəki incəlik inam yaradır. Düşüncələrdəki incəlik dərinlik yaradır. Münasibətlərdə incəlik isə sevgi yaradır. Dərindən sevilmək güc, birini dərindən sevmək isə cəsarət verir.
6. Özünüz olun.
İnsanların sizi təsdiq etməsinə əhəmiyyət verdikdə onların köləsi olarsınız. Olduğunuz insan olaraq xoşbəxt olduqda və özünüzü başqaları ilə müqayisə etməyib onlarla yarışmadıqda hamı sizə hörmət edər.
7. Təvazökarlıq müdriklikdən gəlir.
Müdrik insan nə bilmədiyini bilən insandır. Bütün dərələr dənizə axır, çünki dəniz onlardan aşağıdadır. Gücünü təvazökarlıqdan alır.
8 .Dəyişiklik qaçınılmazdır.
Qəbul edin. Hər şeyin dəyişdiyinin fərqinə vardıqda bunu dayandırmaq üçün edə biləcəyiniz heç bir şey yoxdur. Yeni başlanğıclar çox vaxt acılı sonlar ilə qarışdırılır.