İş, əmək və sənət haqqında atalar sözləri

İş, əmək və sənət haqqında atalar sözləri

Yanan yerdən tüstü çıxar.

Yeddi ayda bir qarış, bir ayda yeddi qarış.

Yeməyə kömək, işləməyə də kömək.

Yeməyin qulu, işləməyin xəstəsi.

Yüyürək at özünə qamçı vurdurmaz.

Yüz sənəti pis bilməkdənsə, bir sənəti yaxşı bilmək yaxşıdır.

Yorğanına bax, ayağını uzat.

Kamil bağban çəkər bağın səfasın.

Nə əkərsən, onu biçərsən.

Nə qoyuna gedər, nə qapıda hürər.

Sənət insan üçün xəzinədir.

Səhər gününə qızınmayan, axşam gününə qızınmaz.

Sözün ilə işin bir olsun.

Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın.

Tənbələ iş buyur, o sənə nağıl danışsın.

Tənbəllik azar artırar, işləmək canı saf eylər.

Torpaq deyər: “Öldür məni, dirildim səni!”

Uzaqdan baxana döyüş asan gələr.

Uzaqdan zurna səsi xoş gələr.

Ustadına gəc baxanın gözlərinə qan damar.

Usta görməyən şagirdin gözü əllərdə qalar.

Uşağa iş buyur, ardınca yüyür.

Halva-halva deməklə ağız şirin olmaz.

Çala-çala çalağan olar.

Çalışqan əl nəyə dəysə qızıl olar.

Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik.

Cəfa çəkməyən səfa görməz.

Cəhrə əyirsən don yiyəsi olarsan.

Yalançının evi yandı,heç kəs ona inanmadı.
Top