Sevgisiz dünya qapalı pəncərənin arxasındakı külək kimidir. Nə toxuna, nə içinə çəkə bilirsən.
Əvvəllər belə düşünürdüm ki, insanlar illər keçdikdə, müntəzəm olaraq qocalır… Sən demə belə deyilmiş. İnsan ani olaraq qocalır.
Dünyada səhv fikir deyilən bir şey yoxdur. Bizim fikirlərimizlə üst-üstə düşməyən fikirlər vardır. Bu qədər bəsit.
İnsan nə qədər böyükdürsə, onun həyatında artıq düzəldilə bilməyəcək şeylərin sayı da bir o qədər çoxdur.
Bir-birimizi qucaqlamaqla öz qorxularımızı bölüşürük.
Hər bir kəs “hər şeyin yaxşılıqla” bitəcəyinə inansa, dünyada qorxulacaq bir şey qalmayacaq.
Nə qədər çalışırsan çalış, dözülməz olan dözülməzdir.
Hissləri daxildən azadlığa çıxarmaq lazımdır. Əks təqdirdə onlar daxildə yığılacaq və daha sonradan ÖLMƏYƏ başlayacaq.
Mən tənhalığı sevmirəm. Sadəcə olaraq yersiz tanışlıqlara yol vermirəm… Yersiz olaraq bu insanlara görə məyus olmamaq üçün.
Bir-birinə sadiq olmaq və kömək etməyə çalışmaq… Əsas olan bax budur!
İstənilən boşluq nə iləsə doldurulacaq.
İnsana ümid verilir və o bundan həyat yanacağı olaraq istifadə edir. Ümidsiz irəli getmək heç cür mümkün deyil.
Ürəkdən kənara çıxa bilməyəcək heç bir sirr yoxdur.
Yaddaş insanı daxildən isidir, eyni zamanda da parçalamağa başlayır.
Dənizə uzun müddət baxdıqda insanlar üçün, insanlara uzun müddət baxdıqda isə dəniz üçün darıxırsan.
Uzaqdan baxdıqda istənilən şey gözəl görünür.
Böyük sürətlə əks istiqamətdə hərəkət etmək, heç hərəkət etməməkdən yaxşıdır.
Tənha fikirlərini heç kim ilə bölüşə bilmədikdə, onlar səni öz aralarında bölməyə başlayır.
Hər şey istədiyin kimi olsa, yaşamaq sənin üçün maraqsız olmağa başlayacaq.
Haruki Murakami