Əgər ehtiyacınız olmayan şeylər satın alsanız, bir müddət sonra ehtiyacınız olan şeyləri satmağa məcbur olarsınız.
Xərclədikdən sonra yerdə qalanı yığmayın, yığacağınızı kənara ayırdıqdan sonra yerdə qalanı xərcləyin.
Çayın dərinliyini iki ayağınızla birdən ölçməyə çalışmayın.
Dürüstlük çox bahalı bir hədiyyədir, onu ucuz insanlardan gözləməyin.
Pul insanın əsas xarakterik xüsusiyyəti nədirsə onu üzə çıxarır.
Corab da olsa, aksiya da olsa, qiyməti enəndə alaram. Bəlkə də bacardığım yeganə şey budur.
Başım çıxmayan işlərə sərmayə qoymaram.
Etibar qazanmaq 20 il çəkər, itirmək 5 dəqiqə.
Daim özündən daha yaxşı mövqedə olan insanlarla birlikdə olmaq yaxşıdır, çalışın sizdən daha yaxşı tərzə malik olan insanlarla vaxt keçirin. Tədricən onlara bənzədiyinizi görəcəksiniz.
Yaxşı işləyənlərə malik olan şirkət qurun.
Sadə olun! Elə danışın ki, 7 yaşındakı da, 77 yaşındakı da anlasın.
İşə «rəqs edərək» getmirsinizsə o işi tərk edin. Böyük ehtimalla pul qazanmayacaq, sərvət yaratmayacaqsınız.
Dünyanın ikinci ən varlı adamı Uarren Baffet