Taqordan sitatlar

Taqordan sitatlar

Keçmiş illərin xarabalıqlarında bir kədərli səs yuva salmışdır.

Günəş getdi deyə ağlayarsan, göz yaşların ulduzları görməyə mane olar.

Kəpənək ayları deyil, anları sayar və onun belə kifayət qədər zamanı var.

Günəşə arxanı çevirmə, kölgən önünə düşər.

Yuva, yatan quşları qoruduğu kimi, sükut da sənin səsini qoruyur.

Heç bir əhəmiyyət daşımayan sözlərim zamanın dalğaları üstündə yüngülcə rəqs edə bilərlər, məna ilə ağırlaşdıqlarında dibə çökərlər.

Buludlar çayları su ilə doldurub, özləri uzaq dağların arxasında gizlənir.

Bu dünya gözəlliyin musiqisi ilə ram edilən coşqun fırtınalar dünyasıdır.

Ey qadın! Sənin gülüşün dirilik bulağının nəğməsidir.

Mümkün qeyri-mümkündən soruşar:
«Sən harada yaşayırsan?»
O cavab verər:
«Acizin yuxularında».

Qoy gülü görməyə gözləri olanlar tikanı da görsünlər

Ayaq üstə dayanıb suya baxaraq dənizi keçə bilməzsiniz.

Çınqıl daşlarını kamala çatdıran çəkic zərbələri deyil, suyun oxşayışıdır.

Doğulan uşaqlar Tanrının hələ insanlardan ümidini kəsmədiyini göstərər.

Dünyanı səhv oxuyar, sonra da bizi aldadır deyərik.
Top