Zülmün yaratdığı müqədddəs ola bilməz

Zülmün yaratdığı müqədddəs ola bilməz

Dünya axmaqlarla zəngin olmasaydı, müdriklərin qədrini kim bilərdi?!

Xoşbəxtlik yoxdur deyə düşünmək, lakin bununla belə o var deyə iddia etməklə insan mütləq xoşbəxtliyə nail olacaq.

Kədərin insanları formalaşdırdığını yalnızca axmaq və zalımlar düşünər.

Tanrının mənə ən gözəl hədiyyəsi mənim əməyimdir. Tər tökməyən bəhrəsini görməz.

İnam uğrunda edilən zülm özü də bir günahdır.

Anı tut, indi sahib olduğun, gələcəkdə sahib olacağın hər şey üçün dünyaya minnətdarlıq et!

Başqasının fikrinə xidmət etmə, hər şey haqqında öz düşüncənə sahib ol!

Dünyanın sənə xoş olan istiqamətdə getməsini tələb etmə. İstiqaməti biz müəyyən etmirik, həyat davam edir, biz isə onun ardınca.

Xoşbəxt o insandır ki, xeyirxahlığı ilə zəngin və başqalarının sevincinə ortaqdır.

Öz sözü və yaxud baxışı ilə səni incitməyə çalışan insanlara qarşı qəddar olma. Dağdan nümunə götür: onu yardıqda o susur və sahib olduğu xəzinəni aşkara çıxarır.

Zülmün yaratdığı müqədddəs ola bilməz.

Dünyanı öyrənmək istəyirsənsə qəlbinə nəzər sal.

Əksər insanlar qaranlığa üstünlük verir. Onlar üçün zülmət aydınlıqdan daha xoşdur. 

Mirzə Şəfi Vazeh
Top