Con Apdaykın adı (18 mart 1932-ci ildə doğulub) Amerika ədəbiyyatının Cerom Sellincer, Kurt Vonnequt, Filip Rot və Tomas Pinçon kimi nəhənglərinin adları ilə bir sırada çəkilir. Apdayk ikiqat Pulitser mükafatı laureatıdır. “O, hər yeni personajda, hadisədə, mövzuda qədim, arxaik bir dünya açır”, deyə məşhur rus filoloqu və yazıçısı Andrey Astvatsaturov Apdayk haqqında yazıb. Aşağıda Apdaykın əsərlərindən seçmə fikirləri təqdim edirik.
Əgər soyuq müharibə yoxdursa, sənin amerikan olmağının nə mənası var ki? “Dovşan sakitləşdi”
Kişiləri bütövlükdə ruhları, qadınları isə bədənləri ifadə edir. Ancaq beyin kimdədir, onu bilmirəm. Yəqin ki, Allahdadır. “Qaç, dovşan”
Sevgisiz biz ölürük, ya da ki, ən yaxşı halda şil-küt halda yaşayırıq. “Hertruda və Kalvdiy”
Kişilər qərar qəbul etməyi sevmirlər, onlar Allahın ya da qadınların onların əvəzinə qərar qəbul etməyini istəyirlər. “Gəl evlənək”
Darıxdırıcı arvad nigah müqaviləsinin bir hissəsidir, ancaq darıxdırıcı məşuqəyə kişi heç vaxt dözməz. “İstvik ifritələri”
Ağılsız yaxşılıq həmişə ağıllı qəddarlığı doğurur. “Kentavr”
Hər birimiz ən ali məqsədimiz uğrunda əlləşirik – bildiyimiz hər şeyi unutmaq. Almanı yenidən ağaca bağlayırıq. “Dovşan qayıtdı”
Dostluğu seksə çevirmək tipik qadın səhvidir. “Evli cütlüklər”
Dildən pərgarla söhbətin çətinliyi ondadır ki, onlar özləri belə inanmadıqları şeylər haqda inandıqları kimi danışırlar ki, istədikləri təsir effektini bağışlasınlar. “Qaç, dovşan”
Kişi də adi insan ola bilər. “İstvid iftirələri”
Romantizm insanları bir-birinə yaxınlaşdırır, lakin realizm onlara bir-birləri ilə yaşamağa kömək edir. “Braziliya”
Səyahət ölümü uzaqlaşdırır – bu, həyatı məsafəylə almaqdır. “Gəl evlənək”
Yaxşılıq və pislik göydən düşmür. Biz, biz onları yaradırıq. “Qaç, dovşan”
Həyat cəhənnəmdir, lakin bu cəhənnəm çox gözəldir. “Kentavr”
Sadəcə öz həyatını təsəvvür etməlisən və o reallaşacaq. “İstvid ifritələri”
kultura.az