Başımı pəncərədən içəri çəkərkən zehnin çox sirli bir orqan olduğunu düşündüm. Ona çox güvənirik, amma haqqında heç nə bilmirik.
Həyata necə başlayırsan, başla sonda əlində qürur və axmaqlıq qalır. Halbuki həyatdan nələr istəmişdik…
Bir xəyalı öldürmək, bir həqiqəti öldürməkdən daha çətindir.
Zərəri yoxdur, xəyal qırıqlığı məni cilovlayan ən yaxşı müalicədir.
Pul qazanın. Özünüzə aid bir otaq və boş vaxt yaradın. Ən əsası yazın. “Kişilər nə düşünər?” deyə fikirləşmədən yazın!
Həyat röyadır, oyanmaq bizi öldürür.
Nə qədər az görsək, o qədər çox inanarıq.
Belə bir dünyaya necə uşaq gətirmək olar? Nə haqla əziyyəti çoxaldırıq? Uzun müddətli sevgilərin olmadığı, zəif duyğuların ardınca oradan-buraya sürünən bu zövq düşkünü heyvanların soyunu hansı haqla davam etdiririk?
Sevmək insanı yalnızlaşdırır.
Başqalarının gözləri bizim zindanlarımızdır; başqalarının düşüncələri bizim qəfəslərimizdir.
Virciniya Vulf