Həyatda qarşınıza çıxan yolları bir insan olaraq qəbul edib,özünüzə bu sualı verin: Görəsən bu yolun yaxşı bir qəlbi varmı? Əgər bu suala nikbin hisslərlə cava verə bilmirsinizsə,deməli həmin yol sizə uyğun deyil.
Özümüzü çarəsiz vəziyyətə gətirmək də,güclü etmək də öz fəaliyyətimizin nəticəsidir. Hər iki nəticə üçün də eyni dərəcədə əziyyət çəkirik. Yeganə fərq birinin pozitiv,digərinin isə neqativ istiqamətə getməsidir.
Heç kim sizin həqiqətən kim olduğunuzu və yolunuzun hara çıxacağını tam dəqiqliklə bilə bilməz – heç özünüz də.
Bəşər övladının biliyi ancaq hərəkətə keçdiyində çoxalır. Hərəkətə keçmək üçün düşünmək biliyi durğunlaşdırmaqdan başqa işə yaramır.
Həqiqi mübariz insan yüksək hədləri dağıdıb keçmək əvəzinə, onların üzərindən keçməyi bacarandır.
Kainatda mövcud olan heç nə bizə verilmiş bir hədiyyə deyil. Kainatın sonsuz dönüşü bəşər övladını çətin sınaqlarla üz-üzə qoyur və bu sınaqlar da bizi olduğumuz insan edir.
Bir insan öz zehnində özünü məğlub hesab edirsə, onu ayağa qaldıracaq yeganə bir şey vardır – məqsədləri.
Özünü çox əhəmiyyətli hiss etmək insanı şikəst, faydasız və boş insan halına gətirir.
Çox dəyər verdiyim bir şeyi əldə edə bilmək üçün yalana əl atmaqdansa, sadəcə həqiqətə güvənərək bu yolda uğursuzluğa düçar olmağı üstün tuturam.
Dünya sirlərlə dolu bir tapmaca kimidir. Bir şeyi qəbul etməliyik ki, dünyanın sirrini bütünlükdə açmağımız heç vaxt mümkün olmayacaq. Bunu qəbul etməyərək dünya ilə savaşmaq əvəzinə, onun əvəzinə qüsursuzluğuna hörmət etmək ən doğrusudur.