Hakimiyyət öz gücünü xalqın savadsızlığından alır, özü də bunu bilir, odur ki, həmişə maarifçiliklə mübarizə aparacaq.
Hamı insanlığı dəyişdirmək haqqında düşünür, heç kəs özünü dəyişdirmək haqda düşünmür.
Yaxşı şeylər gözləməyi bacaran adama gəlir.
Güclü insanlar həmişə sadə olurlar.
Qoy hər kəs öz qapısının ağzını süpürsün. Onda bütün küçə təmiz olar.
Hamıya elə gəlir ki, bizi yaxşı olduğumuzdan sevirlər. Heç ağlımıza gəlmir ki, bizi yaxşı olduqlarına görə sevirlər.
Sevgisiz yaşamaq daha asan olardı. Amma nə mənası olardı o həyatın?!
Məndə sevdiyim hər şey yoxdur. Amma əlimdə olan hər şeyi sevirəm.
Dünya əziyyət çəkən insanların hesabına fırlanır.
Ən böyük həqiqətlər – ən sadə şeylərdir.
Məsələ çox bilməkdə deyil, lazım olanı bilməkdədir.
İnsanlar adətən öz vicdanlarının təmizliyilə qürrələnirlər, çünki yaddaşları zəifdir.
Elə bir yaramaz yoxdur ki, axtarsa, hansısa baxımdan, özündən daha yaramazını tapmasın. Buna görə özlərindən razı olurlar.
Şər içimizdədir, yəni çıxarılması mümkün olan yerdə.
İnsan həmişə xoşbəxt olmalıdır, xoşbəxtlik yoxdursa, harada səhv etdiyini yoxla.
Hamı plan qurur, sabaha çıxıb-çıxmayacağını bimədən.
Elə şərait yoxdur ki, insan alışa bilməsin, bütün ətrafdakıların o şəraitdə yaşadığını bilən adam üçünsə alışmaq daha asandır.
Ən heyrətamiz yanılmalardan biri budur: insan xoşbəxtliyinin heç nə etmədən oturmaq olduğunu düşünürlər.
Bütün xoşbəxt ailələr bir-birinə oxşayır, bədbəxt ailələrinsə hərəsi bir cür bədbəxtdir.
Lev Tolstoy