Tərbiyədə ata faktoru

Tərbiyədə ata faktoru


Fatih Sultan Mehmet Xan uşaqkən çox yaramaz bir şagird idi. Dərs zamanı etdiyi ərköyünlüklə müəllimi Ağşəmsəddini hövsələdən çıxarardı. Müəllimi ona hirsləndiyi zaman dərhal «Mən Padşahın oğluyam! Mənə heç nə edə bilməzsən!» deyib, onu təhdid edirdi. Padşaha şikayət etməyi ədəbsizlik sayan Ağşəmsəddin vəziyyəti II Murada izah edə bilmirdi. Ancaq gün gəldi ki, artıq kiçik Mehmetin etdiyi ərköyünlük və dəcəlliklər dözülməz hala çatdı. Bununla bağlı Ağşəmsəddin bir gün izn alıb II Muradın hüzuruna çıxdı.
«Padşahım, sizə xüsusu bir ərzim var. Ancaq söyləməyə həya edirəm» deyincə, II Murat «Buyur, çəkinmədən izah elə!» dedi.
Bu söz Ağşəmsəddini rahatlatdı və başladı hadisəni izah etməyə.
— Padşahım! Oğlunuz, ciyərparəniz Mehmet çox ərköyündür. Onun nadincliyi və ərköyünlüyü üzündən dərsini keçə bilmirəm. Özünə hirsləndiyim zaman da dərhal sizinlə məni təhdid edir, — deyincə, II Murat Ağşəmsəddinin yanına gələrək qulağına nəsə pıçıldadı. II Muradın qulağına söylədiyi sözləri eşidən Ağşəmsəddin çox təəccübləndi. Bu nə plan idi? Bu planı həyata keçirmək mümkün deyildi! Ağşəmsəddin planla bağlı narahatlığını padşaha bildirsə də padşah onu dinləmədi və «bu iş olacaq» dedi.
Ertəsi gün yenə dərsdə Mehmet dəcəllik edirdi. Ağşəmsəddinin xəbərdarlığına yenə eyni, həmişəki təhdidlə cavab verdiyi zamanda padşah qəflətən qapını açıb içəri girir. Bu hadisə qarşısında Ağşəmsəddin qəzəbindən padşahın üstünə qışqırır və padşaha bir şillə vuraraq bu şəkildə sinifə girilməz olduğunu, icazə istəyib, sonra daxil ola biləcəyini deyib, dərhal çölə çıxmasını istəyir. Padşah pərt bir şəkildə, boynunu bükərək üzr istəyir və çölə çıxır.
Bu hadisə qarşısında Fatih Sultan Mehmetin nitqi tutulur, nə edəcəyini bilməyərək təəccüblə olanları izləyirdi. Güvəndiyi atasına şillə vurulmuş, Fatih Sultan Mehmet çaş-baş qalmışdı. Bir az sonra qapı döyülür və padşah peşman, xəcalətli şəkildə üzr istəyərək içəri daxil olur.
Plan möhtəşəm bir şəkildə işləmişdi. O gündən sonra Fatih Sultan Mehmet əsla dəcəllik, ərköyünlük etmədi. Çünki güvəndiyi dağlara qar yağmışdı...
 
Təhsilin nə olduğunu II Murat qədər olmasa da, ən azından öz uşağını səhv yollara düşməyəcək qədər dərk etmiş ana və atalara ehtiyac var. Unutmayaq: Uşaqlar ərköyün doğulmur; diplomlu, maaşlı amma savadsız valideynlər tərəfindən lazımsız əzizlənir.
Top